Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Tutulandan sonra nəyə peşman olum ki?" - qonşu evini yaran keçmiş məhkum - VİDEO - FOTO

"Tutulandan sonra nəyə peşman olum ki?" - qonşu evini yaran keçmiş məhkum - VİDEO - FOTO

Date: 26 December 2015 18:57

Astara rayonunun Şahağacı kəndində oğurluq hadisəsi baş verib. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, qonşusunun əmlakına qənim kəsilən kənd sakini, 34 yaşlı Vüqar Süleymanov saxlanılıb. O, müxtəlif vaxtlarda həmkəndlisi Gülşən Əhədovaya məxsus fərdi yaşayış evindən və həyətindən xeyli sayda ev quşlarını, iki ədəd balıqçı torunu, balıq ovu üçün istifadə olunan digər avadanlıqları və xüsusi kanbinizonu mənimsəyib. 

"Tutulandan sonra nəyə peşman olum ki? Peşman deyiləm. Bundan əvvəl də tutulmuşam. Bir də azadlığa çıxıb-çıxmayacağımı Allah bilir".

Saxlanılan şəxs bu əməli ilə üçüncü dəfə məhkumluq həyatı yaşayacaq.

Milli.Az




Tags:  Tutulandan sonra nəyə peşman olum qonşu evini yaran keçmiş məhkum VİDEO FOTO

RƏYLƏR


Top news