Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri ilə görüş

“Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri ilə görüş

Date: 26 December 2015 18:58


İsmayıllı, 26 dekabr, AZƏRTAC 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində İsmayıllıda 1968-ci ildən fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin rayon ictimaiyyəti ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon rəhbərliyi, yerli yazarlar, şeir həvəskarları, gənclər və ağsaqqallar iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar “Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin kitablarından ibarət sərgi ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bədii sözün qüdrətindən danışıb, Azərbaycanın böyük dühalar - şairlər və yazıçılar diyarı olduğunu diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin elm və sənət adamlarına, şair və yazıçılarımıza həmişə xüsusi diqqət yetirdiyini, onlar üçün yüksək yaradıcılıq imkanları yaratdığını vurğulayan icra hakimiyyətinin başçısı bu qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Görüşdə “Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin şeirləri dinlənilib. Ədəbi-bədii görüşdə Musa Yaqub və Baba Vəziroğlunun şeirlərinə bəstələnən mahnılar oxunub.
Sonra ədəbi məclisin fəal üzvü, bir neçə kitabın müəllifi, “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədovun 65 illiyinə həsr olunan kitabın təqdimatı olub.
Ədəbi məclisin bir qrup fəal üzvü mükafata layiq görülüb.




Tags:  Dağ çiçəkləri ədəbi məclisinin üzvləri görüş


RƏYLƏR


Top news