Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gürcüstanda “Qurani-Kərim” ilk dəfə Azərbaycan dilinə tərcümə olunub

Gürcüstanda “Qurani-Kərim” ilk dəfə Azərbaycan dilinə tərcümə olunub

Date: 26 December 2015 18:58


Tbilisi, 26 dekabr, AZƏRTAC
Tbilisidə “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib.
Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov “Qurani-Kərim”in bu ölkədə ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edildiyini deyib. O, din xadimlərinin Quranın Azərbaycan dilinə tərcümə olunaraq yayılmasını təşkil etdiklərini diqqətə çatdırıb.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri vəzifəsini icra edən Zaza Vaşaqmadze, Baş nazirin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Qərbi Gürcüstan Müsəlmanlarının müftisi Beqlar Kamaşidze və başqaları çıxış edərək İslam dininin məziyyətlərindən, Gürcüstanda dini tolerantlıqdan danışıb, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə olunmasını və pulsuz paylanmasını yüksək qiymətləndiriblər.
Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, elm, ictimaiyyət və din xadimləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Tags:  Gürcüstanda Qurani-Kərim ilk dəfə Azərbaycan dilinə tərcümə olunub


RƏYLƏR


Top news