Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə azalıb

Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə azalıb
19:03 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub ki, bu ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır.

Trend Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2473368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR