Yol polisləri ilə sürücü arasında mübahisə düşdü: İki nəfər saxlanıldı - FOTO

Yol polisləri ilə sürücü arasında mübahisə düşdü: İki nəfər saxlanıldı - FOTO
19:05 26 Dekabr 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 16:30 radələrində"Neftçilər" metrostansiyası yaxınlığında, "Maklerlər bağı" adlanan ərazidə DYP əməkdaşları ilə sürücü arasında mübahisə düşüb. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 99-YP-329 dövlət nömrə nişanlı avtomibildə olan yol polisi əməkdaşları yolun qadağan olunmuş hissəsində avtomobilini saxlayan sürücüyə xəbərdarlıq ediblər.
"Hyundai" markalı avtomobilin sürücü isə, qayda pozuntusuna müvafiq olaraq cərimə ödəyəcəyini bildirib və maşını ərazidən çəkməyib. DYP əməkdaşları isə göstərişə tabe olmayan sürücünü və avtomobildəki digər şəxsi saxlamaq qərarına gəliblər. Avtomobildə olan şəxslər polisə müqavimət göstərib.

Dərhal hadisə yerinə PPX əməkdaşları cəlb olunub.
Ətrafda olan şəxslərin dediyinə görə, "Hundai" markalı avtomobildə olan hər iki şəxs Nizami rayon 25-ci polis idarəsinə aparılıb.
Saxlanılan şəxslərin kimliyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Yaşanan olayla bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, məsələ ilə bağlı məlumatsızdır: "Yeni il öncəsi gücləndirilmiş iş rejimi ilə informasiyalar yayıram. Bu barədə mənə məlumat verilməyib. Məsələ ilə bağlı maraqlanıb, məlumat verərəm. Bu barədə 25-ci polis bölməsi ilə də əlaqə saxlaya bilərsiniz".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/393355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR