Necə dostluq etmək? Kiminlə dostluq etməmək?

Necə dostluq etmək? Kiminlə dostluq etməmək?
19:12 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Yaxşı dost - insanın səadətə çatması üçün ən böyük nemətlərdəndir. Yaxşı dostun əhəmiyyəti və təsiri qohumlardan belə çoxdur.

İnsan ictimai varlıq olduğu üçün dosta ehtiyac duyar. Əmirəl-möminin (ə) buyurur: "Hər kimin dostu yoxdursa, o insan kimi olar ki, özünün mühüm üzvünü əldən vermişdir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Dostun məqamı o qədər böyükdür ki, hətta cəhənnəm əhli belə qohumlardan əvvəl, ondan yardım istəyər və onu səsləyər. Allah cəhənnəm əhlinin dilindən deyər: "Bizim nə şəfaətçimiz var, nə də mehriban dostumuz"". (Tebyan)
Dost əldə etmək və onunla rabitə qurmaq - dünyada mal-dövlət əldə etməkdən daha asandır. Sədaqət və gözəl əxlaq istəyər. İnsan gərək o qədər aciz olsun ki, din qardaşının ürəyini ələ ala bilməsin. Əlbəttə, ondan da acizi vardır və bu, o kəsdir ki, dost əldə etsin və sonra da onu əldən versin.
İmam Əli (ə) buyurur: "Ən gücsüz insan o kəsdir ki, dost tapmaqda gücsüz olar. Ondan da gücsüzü o kəsdir ki, əldə etdiyi dostunu əldən versin".
Yəni, insan gərək dostluq rabitəsini zay etməsin və gərək onu möhkəmləndirməyə çalışsın. Dostluq rabitəsini zəiflədən amillərdən biri də dostla düzgün rəftar etməyi bacarmamaqdır. Əlbəttə insanın dostu ilə səmimi olması şərtdir və tanımadığı insanlarla yaratdığı fasiləni dostu ilə yaratmamalıdır. Misal üçün lazım deyildir ki, dostunun yanında həmişə rəsmi geyimdə olsun. Riayət etməli olduğu məsələ odur ki, dostunu narahat edən və qəlbini sındıran rəftarlardan çəkinməlidir.
İmam Əli (ə) oğluna belə tövsiyə verir: "Heç bir zaman qardaşının haqqını dostluq rabitəsinə etimad edərək zay etmə. O kəsin ki, haqqını zay edərsən, artıq qardaşın olmaz".
İmam Əli (ə) başqa yerdə buyurur: "Ey insanlar! O kəs ki, bilir qardaşı dinində sabitqədəm və möhkəmdir və düzgün yola gedir - insanların onun haqqında dedikləri pis söhbətlərə qulaq verməsin. Cəmiyyətdə söz gəzdirənlər az deyildir və sözgəzdirənin işi insanların bir-biri ilə olan dostluq rabitəsini atəşə vermək üçün odun hazırlamaqdır".
Həzrət Əli (ə) buyurur: "Əgər kimsə sözgəzdirənin ardılıcı olar, dostunu zay etmiş olar".
Dostluq rabitəsini zay edən amillərdən biri də qarşı tərəfin davrandığı kimi davranmaqdır. Əgər dostu ona yaxşılıq edərsə, o da yaxşılıq edər. Əgər pislik edərsə, o da pislik edər. Bu rəftar onu göstərir ki, dostluqları sədaqət və səmimiyyət üzərində qurulmamışdır. Yaxşılıq qarşılığında yaxşılıq, pislik qarşılığında pislik - insanın düşmənlə etdiyi rəftardır. Bu iş məharət istəmir. Məharət odur ki, insan dostunun pisliyi qarşısında yaxşılıq edər. Qurani-Kərim bizə düşmənlərimizlə belə olmağı tövsiyə edir, o ki, qaldı dostlarımızla. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).
İmam Əli (ə) oğluna belə tövsiyə verir: "Əgər dostun və din qardaşın səninlə rabitəsini kəsibsə, sən onu qoru və qət etmə". İmam (ə) buyurur ki, bu iş çətin olsa da, ona döz və səbir et. Çalış ki, dostluq rabitəsi zay olmasın.
İmam (ə) başqa yerdə buyurur: "Yaltaqla dostluq etmə ki, o yağlı dili ilə səni aldadar və yanlış işi nəzərində düzgün cilvələndirər".
Həmçinin buyurur: "Yalançı ilə dost olmaqdan çəkin, çünki yalançı ilğım kimidir, uzağı yaxın və yaxını uzaq göstərər".
İmam Baqir (ə) buyurur: "Atam mənə üç ədəb öyrədib və üç şeydən çəkindirib: hər kim pis dostla əyləşər - sağlam qalmaz. Hər kim danışığına nəzarət etməz - peşman olar. Hər kim pis yerlərə daxil olar - bədgümanlığa səbəb olar. Məni çəkindirdiyi üç şey: o kəslə dost olmamaq ki, başqalarının nemətini gözü götürməz, başqalarının müsibətinə şad olar və söz gəzdirər".
Allah Təala bizləri bu həqiqətləri dərk edənlərdən qərar versin!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR