Davutoğlu Demirtaşla görüşmək istəmədi

Davutoğlu Demirtaşla görüşmək istəmədi
19:17 26 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən Selahattin Demirtaş Rusiya ilə əlaqələrin korlanması əleyhinə olduğunu deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Türkiyənin baş naziri Ahmet Davutoğlu son zamanlar "səslənən bəyanatlara görə" kürdyönlü partiya nümayəndələrilə "görüşün mənasız" olduğunu deyib.
Hökumət tərəfindən yayılan açıqlamada HDP partiyası ilə dekabrın 30-a təyin edilən görüşün keçirilməyəcəyi deyilir.
Baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, son həftə ərzində HDP-nin verdiyi bəyanatlar hökumətin həyata keçirdiyi siyasətinə ziddir və siyasi davranış normalarına sığmır.
"Belə yanaşmaya görə görüşün, eyni masa arxasında oturmağın mənası qalmır".
Çərşənbə günü Moskvaya səfər edən HDP-nin həmsədri Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyə hökumətinin mövqeyini tənqid edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən Selahattin Demirtaş deyib ki, Rusiya ilə əlaqələrin korlanması əleyhinədir.
Türkiyənin baş naziri növbəti iki həftə ərzində CHP və MHP nümayəndələrilə də görüşməlidir.
HDP-nin tənqidi çıxışları Türkiyədə əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində vəziyyətin gərginləşməsinə təsadüf edir. Ötən həftə Diyarbakırda HDP çağırışı ilə keçirilən nümayiş vaxtı polislə toqquşmalar nəticəsində 7 nəfər həyatını itirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR