Noutbuk və çanta oğruları yaxalanıb

Noutbuk və çanta oğruları yaxalanıb
19:19 26 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Noutbuk oğurlayan Bakı şəhər sakini Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulub.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də rayon ərazisində yerləşən sexlərdən birindən 1 ədəd noutbuk oğurlamış Bakı şəhər sakini Fərhad Babayev ələ keçib.

 

Həmçinin, dekabrın 25-də paytaxtın Nəsimi rayonunda yerləşən parkların birində naməlum şəxs Bakı şəhər sakini Kübra Hüseynovanın çantasını almağa cəhd göstərmiş, istədiyinə nail ola bilmədiyindən bıçaqla hədələmiş və təpiklə vuraraq hadisə yerini tərk etmişdi.

 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər məhkum olunmuş Coşqun Nağıyev da saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR