Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə general Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub

Mingəçevirdə general Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub

Date: 26 December 2015 19:28


Mingəçevir, 26 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyi münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Konfransda universitetin prorektoru, dosent Rövşən Əliyev çıxış edərək görkəmli hərbi xadim Səməd bəy Mehmandarovun xidmətləri barədə ətraflı məlumat verib, onun anadan olmasının 160 illiyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayıb. Rövşən Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz Səməd bəy Mehmandarovun fəaliyyətinin nəticələridir.
Sonra təhsil ocağının müəllimi İlham Məmmədov “General Səməd bəy Mehmandarov Azərbaycan tarixinin parlaq şəxsiyyətidir”, IV kurs tələbələri İlahə Nağıyeva “Generalın taleyindən səhifələr” və Könül Rəhimova “Generallığa aparan yol” mövzularında məruzə ediblər.
Yubiley mərasimində general Səməd bəy Mehmandarovun qəhrəmanlığını əks etdirən videoçarx nümayiş olunub.


Tags:  Mingəçevirdə general Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub



RƏYLƏR


Top news