Qusar, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni il bayramı ərəfəsində Qusar sakinləri üçün bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 26-dan etibarən Qusar şəhərində bayram satış yarmarkası açılıb.
Yarmarkada rayonun 28 inzibati ərazi vahidliyindən satışa 30 növdə məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
Bayram satış yarmarkası dekabrın sonunadək davam edəcək.