Məşhur müğənni əməliyyat olunacaq (VİDEO, FOTO)

Məşhur müğənni əməliyyat olunacaq (VİDEO, FOTO)
19:56 26 Dekabr 2015
69 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Canet Cekson cərrahi əməliyyat olunacaq.

ANS PRESS-in məlumatına görə, əməliyyat olunacaq müğənni “Unbreakable” adlı dünya turnesinin vaxtını dəyişməyə məcbur olub. Bu barədə müğənni öz Tvitter səhifəsində yazıb.

“Xaiş edirəm, mənim və ailəm üçün, həmçinin bizim kampaniya üçün dua edin” .

Müğənnin hansı cərrahi əməlliyatı olunacağı məlum deyil.

Canet Cekson 2009-ci ildə dünyasını dəyişmiş Maykl Ceksonun bacısıdır. Canet 1986-cı ildə 3-cü albomu "Kontrol"dan sonra populyarlaşıb. İfaçı həm bəstəkar, prodüser və rəqqasədir.


Maykl Cekson və Canet Cekson

Maykl Cekson ilə Canet Cekson birgə "Scream" adlı mahnlya dünyanın ən bahalı klipini çəkib.


Maykl Cekson ilə Canet Cekson - "Scream"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR