Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD 837 qadını edam edib

İŞİD 837 qadını edam edib

Date: 26 December 2015 20:05

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı 2014-cü ilin iyununda İraqın Mosul şəhərini ələ keçirəndən bəri burada 837 qadını edam ediblər.
Milli.Az DPA-ya istinadən bildirir ki, bunu İraqın Nineviya vilayətinin polis rəisi, general Zənun əl Səbavi deyib. Onun sözlərinə görə, həmin qadınların əksəriyyəti Şəriət məhkəmələrinin hökmlərindən sonra güllələniblər.
İraqın dövlət qurumlarında işləyən, vilayət bələdiyyələrində çalışanlar, vəkil, notarius və hətta bərbər xanımlar ən müxtəlif bəhanələrlə edam olunublar.
İraqın baş naziri Heydər əl Əbadinin dediyinə görə, Rəmadi şəhərində əməliyyat başa çatan kimi Mosul terrorçulardan azad ediləcək.
Milli.Az


Tags:  İŞİD 837 qadını edam edib


RƏYLƏR


Top news