Dağıstan xalqı görkəmli dövlət xadimi Əziz Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaq

Dağıstan xalqı görkəmli dövlət xadimi Əziz Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaq
20:13 26 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 26-da Bakıda “Dərbənd” xeyriyyə cəmiyyəti görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan anım tədbiri təşkil edib.

“Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev tədbirdə məruzə ilə çıxış edərək görkəmli dövlət və partiya xadimi Əziz Əliyevin tarixi xidmətlərindən söz açıb, onun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, 1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olan professor, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, böyük alim, diplomat Əziz Əliyev ölkəmizin tarixində silinməz iz qoyub. Əziz Əliyevin həyat yolu elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Görkəmli dövlət xadimi Azərbaycanda səhiyyənin təşkili sahəsində xüsusi rol oynayıb.

Qeyd edilib ki, Əziz Əliyev Azərbaycan SSR-in xalq səhiyyə komissarı (1939-1941-ci illər), Azərbaycan SSR Ali Sovetinin sədri (1941-1944-cü illər), Dağıstan Vilayət Partiya komitəsinin birinci katibi (1942-1948-ci illər), Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru kimi mühüm vəzifələrdə çalışdığı dövrlərdə özünü bacarıqlı dövlət xadimi və səhiyyə sahəsində təşkilatçı kimi göstərib. Onun Dağıstanda birinci katib olduğu illər Dağıstan-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu dövr hesab edilir. Sonrakı illərdə Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub, SSRİ Ali Sovetinin və Dağıstan Ali Sovetinin deputatı seçilib.

Bildirilib ki, görkəmli dövlət xadiminin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, bir çox orden, medal və fəxri fərmanlarla təltif edilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakıda, Naxçıvanda və Mahaçqalada küçələr və s. Əziz Əliyevin adını daşıyır.

N.Əliyev vurğulayıb ki, 2007-ci ildə Əziz Əliyevin 110 illik yubileyi münasibətilə Dağıstanda keçirilmiş yubiley tədbirlərində çıxış edən Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev ölkəsinə xidmət göstərmiş görkəmli siyasi və ictimai xadimlərin sırasında Əziz Əliyevin adının daim xüsusi hörmət və ehtiramla çəkildiyini bildirib. Qeyd olunub ki, Böyük Vətən müharibəsində Qələbə münasibətilə Dağıstan əhalisinin rəhbərinə inam və sədaqət rəmzi olaraq hədiyyə etdiyi xəncər hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır.

Azərbaycan - Dağıstan əlaqələrindən söz açan N.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edib. Ümummilli Liderin diqqət və qayğısı nəticəsində hər iki respublikada tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - Şeyx Şamilin və Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin rolu danılmazdır.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərində Azərbaycandan nümayəndə heyətinin iştirakı, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncam, Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsait ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının göstəriciləridir.

Sonra “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri çıxış edərək Əziz Əliyevin xalqlarımız arasındakı əlaqələrin inkişafında misilsiz xidmətlərindən danışıb, onun qayğıkeş alim, tanınmış həkim və müəllim kimi xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında mühüm layihələr həyata keçirən Heydər Əliyevin Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıblar.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov rəhbərlik etdiyi elm ocağında Azərbaycanın qədim şəhəri olan Dərbəndin tarixinin öyrənilməsinə mühüm əhəmiyyət verildiyini söyləyib. Bildirilib ki, Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Məhz Əziz Əliyevin sayəsində dağıstanlıların öz yurdlarından sürgün edilməsinin qarşısı alınıb. Əziz Əliyevin yaşadığı dövr araşdırılarkən İrəvanın qədim Azərbaycan torpağı olduğu, ermənilərin isə bu ərazilərə sonralar köçürüldüyü danılmaz faktlarla bir daha təsdiqlənir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı çıxışında bildirib ki, vətənpərvər ziyalı, dövlət xadimi, gözəl insan olan Əziz Əliyev Dağıstanda böyük imperiyanın və ermənilərin məkrli siyasətinin qarşısının alınması kimi məsul vəzifənin öhdəsindən layiqincə gəlib.

Sonra Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan şəkillər nümayiş etdirilib.

Sonda cəmiyyətin üzvləri adından Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncama görə minnətdarlıq məktubu oxunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan neftinin SON QİYMƏTİ

28 İyul 2017 04:39

Balerinalar şəhərdə - FOTO

28 İyul 2017 04:32

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi

28 İyul 2017 04:28

Qüdsdə toqquşmalar: azı 120 yaralı

28 İyul 2017 04:14

"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

28 İyul 2017 03:57

Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil

28 İyul 2017 03:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

28 İyul 2017 03:39

Terrorçular 50-dən çox neftçini öldürdü

28 İyul 2017 03:34

Yayda dəriyə QULLUQ QAYDALARI

28 İyul 2017 03:33

İstənilən ağac üçün pilləkən - FOTO

28 İyul 2017 03:32

Nigeriyada Boko Haram terrorçuları 50 nəfəri öldürüb

28 İyul 2017 03:07

Böyrəyindən 50 parça daş çıxdı

28 İyul 2017 03:00

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

28 İyul 2017 02:39

Yeni kolleksiya - FOTOSESSİYA

28 İyul 2017 02:32

"Ərimin qayğısından bezdim"

28 İyul 2017 02:30

Trampın Yaxın Şərq üzrə baş müşaviri də getdi

28 İyul 2017 02:29

"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq

28 İyul 2017 02:17

Avropa Liqası: "Fənərbağça", "Milan", "Everton", "Marsel" qələbəylə başladı - BÜTÜN NƏTİCƏLƏR

28 İyul 2017 02:03

İstanbula şiddətli dolu düşüb

28 İyul 2017 02:00

"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz, oynaya biləcəyimiz səviyyədə çıxış etmədik"

28 İyul 2017 01:52

Bakıda sərxoş piyadanı yük avtomobili vurub

28 İyul 2017 01:47

Venesuela prezidenti müxalifətə danışıqlara başlamağı təklif edib

28 İyul 2017 01:42

İfaçı özündən 40 yaş kiçik qızla evlənib

28 İyul 2017 01:39

Məşhur müğənni jurnalisti maşınla vurub

28 İyul 2017 01:37

Qazaxda yeniyetmə dondurmadan zəhərləndi

28 İyul 2017 01:33

Ən böyük anbar kompleksi - FOTO

28 İyul 2017 01:32

İphone 6 plus hansı ölkədə neçəyə satılır?

28 İyul 2017 01:12

“Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu

28 İyul 2017 01:09

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

28 İyul 2017 01:02

Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub

28 İyul 2017 00:57

Canlı yayımda biyabırçılıq

28 İyul 2017 00:45

Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət

28 İyul 2017 00:44

Kürdəxanıda arvad ərini bıçaqladı

28 İyul 2017 00:29

Qüdsdə toqquşmalar: 50 yaralı

28 İyul 2017 00:28

Dondurmadan zəhərlənmə

28 İyul 2017 00:24

Tovuzda gənc oğlan spirtli içkidən komaya düşüb

28 İyul 2017 00:15

Astroloji proqnoz - 28 iyul

28 İyul 2017 00:08

Yarıçılpaq ulduz: "Vücudunuzdan utanmayın" - FOTO

28 İyul 2017 00:05

"Porşe" 22 min avtomobili geri çağırır

28 İyul 2017 00:05

Günün qoroskopu: maliyyə itkiləri mümkündür

28 İyul 2017 00:05

Bakıda “Yelena” ləqəbli kişi 6 min manat oğurladı

27 İyul 2017 23:57

Moskvalılara zooparkda evlənməyə icazə verildi

27 İyul 2017 23:57

Hamiləlik zamanı baş verən infeksion xəstəliklər

27 İyul 2017 23:57

Ağciyər arteriyası qapağının çatışmazlığı

27 İyul 2017 23:52

Vladimir Putinin də içdiyi çay - 17 MÖCÜZƏVİ FAYDA

27 İyul 2017 23:47

Kafir üçün xeyir duası etmək olarmı?

27 İyul 2017 23:47

Kimsə xoşuna gəlirsə, onu ürəyində gizlətmə, söylə

27 İyul 2017 23:47

Bakıda arvad ərini bıçaqlayıb

27 İyul 2017 23:47

Rusiya İran üçün nəzərdə tutduğu silahları Azərbaycana verib

27 İyul 2017 23:47

Dünyanın ən bahalı məktəbi

27 İyul 2017 23:47