Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

20:13 26 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib. Əsərdə Qarabağ müharibəsi illərində təxribat-kəşfiyyat dəstəsinin komandiri olmuş, “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş İbad Hüseynovdan bəhs edilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə müəlliflə yanaşı, kitabın rəyçilərindən biri olan professor Ziyadxan Nəbibəyli, “Azərbaycan televiziya və radio yayımları” Qapalı Səhmdar Cəmiyyətinin həmkarlar ittifaqının sədr müavini, yazıçı-jurnalist Mübariz Süleymanlı, İbad Hüseynovun döyüş yoldaşları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.
Əsərdə xalqımızın tarixinin mürəkkəb dövrlərindən birində – 1990-cı illərin əvvəlində baş vermiş hadisələr ətraflı nəzərdən keçirilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reallıqlar oxuculara çatdırılır, həmvətənlərimizin qəhrəmanlığından söhbət açılır.
Tədbirdə çıxış edənlər vətənpərvərlik ruhunda yazılmış bu kitabı Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şərəfli mübarizə aparmış insanların igidliyindən bəhs edən bir əsər kimi səciyyələndiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oterxan_Eltacin_Qurd_balasi_kitabinin_teqdimati_kechirilib-914734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR