Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb
20:18 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məşhur filmdəki otaq yenidən yaradıldı - FOTO (25 Aprel 2017 03:32)
Şəhər abstraksiyaları - FOTO (16 Aprel 2017 23:05)
Prezident İlham Əliyev və xanımı sərgi ilə tanış olublar (06 Aprel 2017 14:19)

Bakı. Trend:

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu bildirib. O deyib: “Bizim üçün ən önəmli məsələlərdən biridir ki, məhz bu Mərkəzdə dünya şöhrətli sənətkarların əsərləri nümayiş olunur, ən məşhur sərgilər burada təqdim edilir. “Baburnamə” miniatürlərindən ibarət sərginin təşkili ciddi mərhələlərdən keçib. Bu sərginin Azərbaycana gətirilməsində bütün komanda üzvləri böyük səy göstərdi. Bu layihənin həyata keçirilməsinə dəstəyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Sərginin 2015-ci ildə Heydər Əliyev Mərkəzinin yekun tədbiri olduğunu deyən A.Ələkbərov qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Diqqətə çatdırıb ki, qarşıdan gələn bayram günlərində Mərkəzin qapısı ziyarətçilərin üzünə açıq olacaq.

Sonra Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib.

Bildirib ki, ekspozisiyadakı “Baburnamə” əsərinə çəkilmiş 57 miniatür Muzey tərəfindən ilk dəfədir nümayiş etdirilir. A.Sedov deyib: “Bu kolleksiya bütünlükdə ilk dəfədir vətənini – Rusiyanı tərk edərək xaricdə nümayiş olunur. Çox şadam ki, dünyada ilk dəfə bu kolleksiyanı nümayiş etdirmək imkanı Bakıda yaranıb. Bakı son 2-3 ildə mənim sevimli şəhərlərimdən olub. Mən Şərqə çox səyahət etmişəm. İki il əvvəl Bakıya gəldim və şəhərə, insanlarının mehribanlığına valeh oldum. Əziz bakılılar, çox şadam ki, bu sərgi sizin qarşınızda, sənətsevərlərin qarşısında təqdim edilir. Məlumdur ki, Şərq miniatürü məktəbi – Təbriz məktəbi və ya Azərbaycan məktəbi dünyada aparıcı olub və bu gün də məşhurdur. Düşünürəm ki, o dövrə aid təqdim edilən “Baburnamə” sərgisi də sizin üçün maraqlı olacaq. Bu sərginin qısa müddətdə Azərbaycanda təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm. Biz heç gözləmirdik ki, ölçü baxımından kiçik olan bu əsərlər bu möhtəşəm məkanda bu dərəcədə gözəl görünəcək. Ümidvaram ki, sərgi sizin üçün maraqlı olacaq”.

Məlumat verilib ki, Moğol imperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı “Baburnamə” türk və İslam ədəbiyyatında memuar janrında ilk əsərdir. Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.

“Baburnamə” 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib. Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.

Qeyd edək ki, Şərq ölkələrində orta əsrlərdə miniatür sənəti məşhur olub və əsasən klassik irsin görkəmli nümayəndələrinin əsərləri əsasında yaradılıb.

Bəzi şifahi məlumatlara görə, həmin miniatürləri rus mesenant Aleksey Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Şukinə keçib. Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur. Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə Semen Tülayevin albom-kataloqunda nəşr edilib.

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.

Sərgi 2016-сı il fevralın 3-dək davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49

Məşhur müğənni ağır xəstəliyə tutulub

25 Aprel 2017 23:48

Dinimiz qız qaçırmağa necə baxır?

25 Aprel 2017 23:47

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25 Aprel 2017 23:42

Yüksək miqdarda mis daşıyan qidalar

25 Aprel 2017 23:42

Onlar necə belə cavan qalır? – 40-dan 70-ə…

25 Aprel 2017 23:38

Gözəllik kraliçası döyüşçü oldu - FOTO

25 Aprel 2017 23:37

"Artıq mənim həyat yoldaşım yoxdur" - Fransalda məşhurlaşan azərbaycanlı

25 Aprel 2017 23:37

7 xəstəliyə çarə olan QULANÇAR

25 Aprel 2017 23:37

Yataq otağındakı kameraya ruh görüntüləndi

25 Aprel 2017 23:34

ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi

25 Aprel 2017 23:29

Messini 500-ə daşıyanlar

25 Aprel 2017 23:27

Erməni Kardaşyan kurortda dincəlir - FOTO

25 Aprel 2017 23:27

Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"

25 Aprel 2017 23:27

“Maradona və Messidən güclü olmuşam” - Romario

25 Aprel 2017 23:27

Müğənninin burnunu sındırdılar

25 Aprel 2017 23:23

Yaz allergiyaları ilə təbii mübarizə yolları

25 Aprel 2017 23:22

Dünyanı bu ailənin üzvləri idarə edir

25 Aprel 2017 23:22

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü - FOTO

25 Aprel 2017 23:17

Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?

25 Aprel 2017 23:17

"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

25 Aprel 2017 23:17

Tarixin ən bahalı smartfonları -

25 Aprel 2017 23:17

Azərbaycanı İslamiadada təmsil edəcək gimnastların SİYAHISI

25 Aprel 2017 23:13

Şəhriyar Məmmədyarov liderliyi qoruyur

25 Aprel 2017 23:12

Müsəlman hələ İslam demək deyil

25 Aprel 2017 23:12

Ankara AŞ PA-nın qərarını qətiyyətlə pisləyib

25 Aprel 2017 23:12

"İstərdim ki, 10 uşağım olsun" - Kirkorov

25 Aprel 2017 23:05

Onlar, sadəcə marketədə alış-veriş edirlər - FOTO

25 Aprel 2017 23:05

Tramp İsrailə vəd verdi

25 Aprel 2017 23:04

ABŞ Dövlət Departamenti Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

25 Aprel 2017 23:02

"Facebook"-da qadına təcavüz edənlər saxlanıldı

25 Aprel 2017 23:00