Yevlaxda KİV nümayəndələrinin iştirakı ilə regional konfrans keçirilib

Yevlaxda KİV nümayəndələrinin iştirakı ilə regional konfrans keçirilib
20:23 26 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə regional konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət ediblər.
Bakıda fəaliyyət göstərən aparıcı qəzetlərin, region mətbuatının və yerli icra orqanları nümayəndələrinin iştirak etdikləri konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov milli mətbuatın inkişafına dövlət qayğısından danışıb. O, konfransın mətbuat-cəmiyyət münasibətlərinin inkişafı, jurnalistlərin maarifləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir: “Bu tədbir Milli Fəaliyyət Proqramında nəzərdə tutulub. “İnformasiya əldə etmək haqqında” Qanunla bağlı maarifləndirmə tədbirləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına həvalə edilib. İl ərzində Bakı şəhərində və digər regionlarda belə tədbirlər keçirilib və bundan sonra da davam etdiriləcək”.
Konfransda Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digər çıxış edənlər “İnformasiya əldə etmək haqında” Qanun, real vəziyyət və praktiki fəaliyyət imkanları barədə məlumat veriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlaxda_KIV_numayendelerinin_istiraki_ile_regional_konfrans_kechirilib-914736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR