Lal infarkt. Kim təhlükədədir?

Lal infarkt. Kim təhlükədədir?
20:27 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hamı bilir ki, infarkt ürək nahiyəsində olan güclü ağrılarla müşayiət olunan və insan həyatı üçün ciddi təhlükə yaradan pozulmadır.
Lakin bu qismən doğrudur. Bəli, infarkt həqiqətən çox ağır pozulmadır. Yalnız bəzən infarkt heç bir simptom olmadan inkişaf edir və xəstə hətta onda infarktın olmasından bixəbər olur. Belə infarkt daha sonra təsadüfən EKQ və ya MRT zamanı aşkar oluna bilər. Belə infarkt tibdə lal və ya simptomsuz infarkt adlandırılır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, lal infarkt adi infarkt kimi təhlükəlidir. Hətta demək olar ki, lal infarkt adi infarktdan daha da təhlükəlidir. Ürəyində ciddi problemi haqqında xəbəri olmayan insan özünü qorumur, fiziki gərginliklərini azaltmır, heç bir müalicə və s. almır. Bu isə çox ciddi fəsadlara səbəb ola bilər.
Lal infarkt ani ürək ölümünün riskini artırır. Bəzən bu vaxta kimi heç zaman ürəyindən şikayəti olmayan insan qəfildən ani ürək ölümü keçirdir. Daha sonra isə məlum olur ki, bu insanın ürəyində adətən infarktdan sonra əmələ gələn çapıqlar var idi. Bu o deməkdir ki, bu insan keçmişdə lal infarkt keçirdib.
Həkimlərin fikirinə görə, lal infarkt fikirləşdiyimizdən daha tez-tez baş verən pozulmadır.
Amerikada aparılan uzunmüddətli araşdırmalar nəticəsində, məlum olub ki, lal infarkt kişilərdə qadınlarla müqayisədə daha tez-tez baş verir. Həmçinin siqaret çəkən, artıq çəkisi olan, hipertoniya və şəkərli diabetdən əziyyət çəkən insanlarda lal infarktın riski digər insanlarla müqayisədə daha çoxdur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR