İstanbul aeroportundakı partlayışı kürd terrorçuları törədib

İstanbul aeroportundakı partlayışı kürd terrorçuları törədib
20:34 26 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-nə keçən gecə İstanbuldakı “Sabiha Qökçen” hava limanında törədilən  partlayışa görə məsuliyyəti “Kürdüstan azadlıq şahinləri” terror qruplaşması öz üzərinə götürüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.  

 

Terrorçular dekabrın 23-nə keçən gecə “Sabiha Qökçen” hava limanını minaatanlardan atəşə tutduqlarını iddia edirlər. Qeyd edək ki, partlayış nəticəsində yaralanan iki xadimələrdən biri ölüb. Başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

 

“Röyters”in məlumatına görə, “Kürdüstan azadlıq şahinləri” qruplaşması bir zaman PKK terror təşkilatı ilə əlaqəli olub. Lakin, qruplaşma PKK ilə əlaqələrini tamamilə kəsdiyini qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR