Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkələrdən asılılıq: səbəb nədir?

Sosial şəbəkələrdən asılılıq: səbəb nədir?

Date: 26 December 2015 20:42

Amerikalı psixoloqlar sosial şəbəkələrin insan həyatına təsirini araşdırıblar. Araşdırmalar nəticəsində insanlarda "Facebook" sosial şəbəkəsindən asılılığın formalaşması səbəbi müəyyənləşdirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-da keçirilmiş illik "NCA" konfransında müxtəlif ölkələrdən olan  alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər. Məlum olub ki, müəyyən fərdi xüsusiyyətlərə malik insanlar "Facebook" sosial şəbəkəsindən asılılığa daha meyillidirlər.
 
Bu kateqoriyaya özləri haqda yüksək fikirdə olmayan insanlar daxildir. Alimlərin sözlərinə görə, sosial şəbəkədən asılılıq insanlara alkoqol və ya narkotik kimi mənfi təsir göstərmir.
 
Həmçinin alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların daha yumşaq xarakterə və pis yaddaşa malik olduqlarını müəyyən ediblər.
 
Milli.Az


Tags:  Sosial şəbəkələrdən asılılıq səbəb nədir

RƏYLƏR


Top news