Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Novitec Torado-dan Lamborghini Huracan - FOTO

Novitec Torado-dan Lamborghini Huracan - FOTO

Date: 26 December 2015 21:12

"Novitec Torado" xüsusi "Lamborghini Huracan"-nın məhdud seriyasından xəbər verib - güc, karbon və böyük təkərlər kimi 25 tüninq-paket. Əvvəlcə deyək ki, 5,2-litrlik V10-a tünerlər mexaniki gücləndirici və bahalı qazburaxma sistemi quraşdırıblar.

Milli.Az auto.az-a istinadən bildirir ki, nəticə - əlavə 250 a.g. (ümumilikdə 860 a.g.). Daha sonra dünyada məşhur olan "Vittorio Strosek"-dən yeni karbon asma və ona uyğun mühərrik hissəsinin üstünü qeyd etmək olar.

Bunlarla yanaşı, arkalar və arxa qanadlar da dəyişib. "Huracan" enə 12 sm əlavə edib. Obrazı müvafiq olaraq qabaq və arxa hissədə 20- və 21-düymlük disklər, 245/30 və 325/25 ölçülü şinlər tamamlayır.

Əgər yuxarıda sadalananlar kiməsə yetmirsə, "Novitec"-dən bayıra çıxan karbon asma və salon üçün kosmetik yeniliklər də sifariş edə bilər. Şirkət hələlik yeniliklərin qiyməti barədə xəbər vermir.

Milli.Az









Tags:  Novitec Torado-dan Lamborghini Huracan FOTO

RƏYLƏR


Top news