“Məni arsız kimi qəbul etsələr də, güləcəm...” - Afaq Gəncəli

“Məni arsız kimi qəbul etsələr də, güləcəm...” - Afaq Gəncəli
21:14 26 Dekabr 2015
418 Sosial
Ölkə mətbuatı
A- A+

Aparıcı Afaq Gəncəli oğlu Qədirxanı itirdikdən sonra ilk dəfə efirə çıxıb.

 

“Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, "Zərif qəhrəman" verilişinin qonağı olan aparıcı övladından, keçirdiyi ağır günlərdən danışıb:

 

"Hər dəfə bu verilişi izləyəndə xanımların fərqli taleyini görürdüm. Fikirləşirdim ki, görəsən mən bu verilişin qonağı olsam, nədən danışaram? Hər şeyin zamanı, vaxtı var imiş. İndi başqa bir xanım mənim açıqlamama baxıb, taleyimi dinləyəcək.

 

Hər şey 2014-cü ilin avqustundan başladı.

 

Atam rəhmətə getmişdi, 40-ı çıxdı. Düz 40 gündən sonra anamla övladımı dincəlmək üçün istirahətə göndərdim. İstirahət edərkən zəng vurdu ki, Qədirxanın yerişi xoşuma gəlmir. Gəzmək istəmir, yatır. Dedim, gətir Bakıya.

 

Gördüm ki, Qədirxan yerişini itirib. Bir ayağı sözünə baxmırdı. Yeriyən kimi yıxılırdı. Apardım həkimə. Nəticələri görəndə dedilər ki, beyin onurğasında şiş var. Hər bir ana kimi mən də inanmadım. Dedim yalandı, belə ola bilməz. Hər gün vəziyyəti pisləşirdi. Ləngitmədim, bütün həkimlərə göstərdim. Biri dedi, təbiidir, digəri dedi, qorxuludur. Gözləmədim, İzmirə apardım. Eyni sözlər təsdiqləndi. Dedilər, dərhal əməliyyat olunmalıdı. Amma şişin xoş və ya bədxassəli olduğu əməliyyatdan sonra bilinəcəkdi. Əkib baxacaqdılar.

 

Çox böyük məbləğ dedilər. Mən hazır deyildim, bunu gözləmirdim.

 

Düşünürdüm, əməliyyatlıq yox, müalicəlikdir. Cərrah 1 gündən sonra Amerikaya uçmalı idi. 1 gün vaxtı var idi. Deyilən məbləği tapmağa vaxtım da yox idi. Tanımadığım bir adam səhər saat 6-da mənə göndərdi. Əməliyyat oldu, çox uzun çəkdi. Oğlum gözünü açan kimi, "Ana ayaqlarım hardadı”. Dedim, "yerindədir".

 

Hiss etmirdi. Dedim, "keçib gedəcək, narkozdandır". Uşaq yavaş-yavaş özünə gəldi, ayaqların hiss etmirdi. Şişin nəticəsi labaratoriyadan gələndən sonra ən böyük dərdim başladı.

 

Cavab ürəkaçan deyildi. Xərçəng xəstəliyinin ən pis növü idi.

 

Hər saniyə inkişaf edirdi. Başına vurmuşdu, biz onu kimyaterapiya ilə aradan qaldırırdıq. Mənə 5 ay vaxt vermişdilər. Həkim dedi ki, radioterapiya etmək lazımdır ki, 5 ay ömrünü uzadaq. Anaya bu sözü demək nədir, mənim üçün hər şey bitmişdi. Sonra o xəstəliklə mübarizə aparanları gördüm ki, illərdi yaşayırlar. Özümə təsəlli tapdım.

 

Dedim, hər şey edəcəm ki, oğlum yaşasın.

 

Anamla oğlumu Ankaraya köçürtdüm. Oğlum kimya və radioterapiya alırdı, ayaqlarını hiss etmirdi. Addımlayırdı, amma gücü yox idi.

 

Bakıdakı işimdən ayrıla bilmirdim, çünki müalicəni burdan qazandığımla qarşılayırdım. 5 ayı bacardığım qədər uzatdım 12 ay elədim".

 

A.Gəncəli oğlunun xəstəliyə baxmayaraq çox pozitiv olduğunu deyib:

 

"Bu qədər müalicə qarşısında Qədirxan başqa idi. Gülürdü... Ayda iki dəfə onun yanına gedirdim. İşimdən çox ayrı qala bilmirdim. Bütün müalicələrini edirdim, həkimlə danışırdım. O müddət ərzində mənim işləməyim, sanki, sərçənin qəfəsdə olub çırpınıb, yıxılıb təzədən ayağa qalmasına bənzəyirdi. Tanışlarım mənə deyirdi ki, bəs niyə bunu bizə demirdin? Düşünürdüm ki, uşaq mənimdir, bu dərd mənə aiddir. Bu mənim çiyinlərimdə daşınan yükdürsə, başqasına yükləyə bilmərəm. Orda həkimlərə deyirdi ki, "mənə xəstə deməyin, burada müalicə alıram, sağalıb Bakıya gedəcəm". Xərçəng xəstəsi olan uşaqlar sakit olur. Amma bu fərqli idi.

 

Deyirdi, "Ana, sən kədərli qalma, həmişə gül".

 

Fəxr edirdim oğlumla. Mən güclü qadın deyiləm. Balama olan sevgi məni güclü etmişdi. Mən hələ də gedib-gələrdim. Yuxusuz gecələrim davam edərdi. Təki balam həyatda olardı.

 

Sosial şəbəkədə yazırdılar ki, “Balanı atmısan, gedib veriliş aparırsan, arsız-arsız dayanmısan”.

 

Bu mənə təsir etmirdi. Çünki balam üçün edirdim. Oğlumun sağlamlığı hər şeydən vacib idi".

 

Aparıcı oğlunun komaya düşdüyü anı xatırlayıb, göz yaşını saxlaya bilməyib:

 

"Oğlum gülərək komaya düşdü. Bacardığı qədər güldü, “nənə, başım...” dedi və yatdı. Düz 52 gün komada qaldı. Bədənin temperaturu 36,6-dan düşmədi, nə də qalxdı. Əllərini ovurdum, danışırdım, mahnı oxuyurdum ki, “Qədir, oyan”. Bilirdim məni eşidirdi. Nəfəsi düşmüşdü, çıxdım dərman almağa.

 

Zəng vurdular ki, "Afaq, yetiş, nəfəsi gedir".

 

Özümü itirmişdim, əlini ovxalayırdım, yalvarırdım ki, "qalx". Nəfəs artmağa başladı. Həkim baxdı, dedi ki, "illərdir, müalicələr edirəm, bunu görməmişdim". Oğlum məndən güc aldı.

 

Qədirin uçub getməyi... Bilirəm ki, hardasa yanımdadır. Mən anlamıram ki, o, dünyasını dəyişib.

 

Beynimə həkk etmişəm ki, Qədir hardasa məni gözləyir. Mən hələ o şəhərə getməyə bilet tapmıram.

 

Ora hələ təyyarələr uçmur. Biletim yazılan kimi gedəcəm. Çox çətindir. Mən güclü deyiləm axı... Sevmirəm kimsə mənə acısın. O hissi qəbul edə bilmərəm. Mən hər şey edərdim...

 

Yaxınlarım bilir ki, 1 il 3 ayda səhər evdən çıxırdım, axşam Ankaradaydım, sabahı Moskvada idim. Bütün həkimləri gəzirdim. Deyirdim, "həkim tapmalıyam, Qədirə həkim tapmalıyam".

 

İsrail, İran, Moskva, Avstriya qalmadı, hər yerdən adamla danışırdım. İstədiyim qədərini etmədim. Əlimdən gələni etsəydim, oğlum sağ qalardı. Ayın 19-da Qədirlə Bakıya gələndə onun ürəyindən keçəni etdilər.

 

Deyirdi ki, "ana, mən Bakıya qayıdanda məni sinif yoldaşlarım, yazılarla, çiçəklərlə qarşılayacaq?".

 

Deyirdim əlbəttə ki... Əfsuslar olsun ki, o toplum oldu, amma... Heç kimə deməmişdim, heç gözləmirdim. O qədər insan gəlmişdi ki, onu "qarşılamağa".

 

Həmişə deyirdi, mənim anam dünyanın ən gözəl anasıdır. Ankarada hamı məni tanıyırdı.

 

Qədir videolarımı, fotolarımı hamıya göstərmişdi ki, Afaq Gəncəli onun anasıdır.

 

Deyirdi, sənlə harasa çıxmaqdan xoşum gəlir. Balama həkimlər iynə vuranda yalvarırdım ki, “incitməyin onu”. Bakıya Nərgizə (aparıcı Nərgiz Vahabqızı - red.) zəng vururdum ki, “mənə paxlava, şəkərbura tap”. Deyirdim, həkimə verim, balama yaxşı baxsınlar. Mən övladıma bacardığımı etdim. Komada olanda, deyirdim ki, “əl vurmayın, nəfəsi gedib gəlsin, bəsimdir”.

 

Bundan sonra da həminki Afaq olacam, güləcəm. Bəziləri məni arsız kimi qəbul edəcək. Amma övladım məni gülərüz ana kimi görmək istəyirdi. Onun yanına gedənə kimi güləcəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kürdəxanıda arvad ərini bıçaqladı

28 İyul 2017 00:29

Qüdsdə toqquşmalar: 50 yaralı

28 İyul 2017 00:28

Dondurmadan zəhərlənmə

28 İyul 2017 00:24

Astroloji proqnoz - 28 iyul

28 İyul 2017 00:08

Yarıçılpaq ulduz: "Vücudunuzdan utanmayın" - FOTO

28 İyul 2017 00:05

"Porşe" 22 min avtomobili geri çağırır

28 İyul 2017 00:05

Günün qoroskopu: maliyyə itkiləri mümkündür

28 İyul 2017 00:05

Bakıda “Yelena” ləqəbli kişi 6 min manat oğurladı

27 İyul 2017 23:57

Moskvalılara zooparkda evlənməyə icazə verildi

27 İyul 2017 23:57

Hamiləlik zamanı baş verən infeksion xəstəliklər

27 İyul 2017 23:57

Ağciyər arteriyası qapağının çatışmazlığı

27 İyul 2017 23:52

Vladimir Putinin də içdiyi çay - 17 MÖCÜZƏVİ FAYDA

27 İyul 2017 23:47

Kafir üçün xeyir duası etmək olarmı?

27 İyul 2017 23:47

Kimsə xoşuna gəlirsə, onu ürəyində gizlətmə, söylə

27 İyul 2017 23:47

Bakıda arvad ərini bıçaqlayıb

27 İyul 2017 23:47

Rusiya İran üçün nəzərdə tutduğu silahları Azərbaycana verib

27 İyul 2017 23:47

Dünyanın ən bahalı məktəbi

27 İyul 2017 23:47

Özünü kirayə qaldığı evdə asdı

27 İyul 2017 23:37

Kamran Ağayevin komandası Avroliqada qələbə qazandı

27 İyul 2017 23:37

Tovuz sakini sirkə turşusundan zəhərləndi

27 İyul 2017 23:33

Tər qoxusundan qurtulmağın təbii yolları

27 İyul 2017 23:32

Məşhur model qaçarkən "hədəf" oldu - FOTO

27 İyul 2017 23:32

Jurnalistlər çəkməsin deyə dənizə girmədi

27 İyul 2017 23:32

İstanbula dolu düşdü

27 İyul 2017 23:23

Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir

27 İyul 2017 23:22

Bir stəkan nanə çayı görün nələrə qadirdi?

27 İyul 2017 23:22

Çox yeməyin hansı ziyanı var?

27 İyul 2017 23:22

Prokurordan “tualet tikməyə pulum yoxdu” deyən vətəndaşa: "ARVADINI SAT" - VİDEO

27 İyul 2017 23:17

"ATV xəbər"-in əməkdaşı çətin vəziyyətə düşüb

27 İyul 2017 23:17

71 məhkum səhvən sərbəst buraxıldı

27 İyul 2017 23:15

Dəniz Çakır "Eşkiya dünyaya hükümdar olmaz”dan ayrılır?

27 İyul 2017 23:12

Müğənnilərin toy qiymətləri – YENİ SİYAHI

27 İyul 2017 23:12

Dənizdə uzun müddət üzsəniz...

27 İyul 2017 23:12

Azərbaycan neftinin SON QİYMƏTİ

27 İyul 2017 23:12

Türkiyə millisinə namizəd baş məşqçilər - SİYAHI

27 İyul 2017 23:07

Qalmaqallı model yeni fotolarını paylaşdı - FOTO

27 İyul 2017 23:05

ABŞ-da daha bir istefa

27 İyul 2017 23:03

Azərbaycanda gənc oğlan spirtli içkidən komaya düşüb

27 İyul 2017 23:02

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

27 İyul 2017 22:57

Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı

27 İyul 2017 22:52

Ağciyərləriniz sağlamdırmı? - Gəlin yoxlayaq

27 İyul 2017 22:52

İlanla oynadı, xəstəxanalıq oldu

27 İyul 2017 22:49

Azərbaycan HHQ üçün 10 təyyarə aldı

27 İyul 2017 22:48

Angelina Coli və Bred Pit nə üçün ayrılıb?

27 İyul 2017 22:45

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

27 İyul 2017 22:42

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər

27 İyul 2017 22:42

Allah Təala niyə bəzən mömin bəndəsini gecə ibadətindən məhrum edir?

27 İyul 2017 22:42

Qüdsdə yenidən ara qarışdı: 50 yaralı

27 İyul 2017 22:39

İstanbula şiddətli dolu düşüb - FOTO

27 İyul 2017 22:37

Trampın yaxın şərq üzrə müşaviri vəzifəsindən getdi

27 İyul 2017 22:32