Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Taekvondo üzrə Azərbaycan çempionatının ikinci günündə beş idmançı qalib gəlib

Taekvondo üzrə Azərbaycan çempionatının ikinci günündə beş idmançı qalib gəlib

Formula-1-də yeni mövsümə start verildi (27 Mart 2017 02:23)
Azərbaycan taekvondoçuları “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər (09 Mart 2017 16:52)
Azərbaycan yığması İranı məğlub edib (03 Mart 2017 23:57)

Tarix: 26 Dekabr 2015 21:18


Bakı, 26 dekabr, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda kişilərin mübarizəsində Fariz Əliyev (68), Namaz Heydərov (74), Seyidəzim Bədirxanlı (80), qadınlar arasında isə İlayda Kardelen Çiftçi (46 kq) və Nərminə Məmmədova (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər diplom və medallarla təltif ediliblər.
Üç gün davam edəcək yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparırlar.
Yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır.






Teqlər:  Taekvondo üzrə Azərbaycan çempionatının ikinci günündə beş idmançı qalib gəlib



RƏYLƏR


Top xəbərlər