Bakıda çox ucuz bazarlar açılıb

Bakıda çox ucuz bazarlar açılıb
21:32 26 Dekabr 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən başlayaraq paytaxtın 5 rayonunda bayram yarmarkaları təşkil edilib. Artıq ənənə halına çevrilən bu tədbir istehlakçıların seçim imkanlarını artırmaq, süni qiymət artımının qarşısını almaq üçündür.

Milli.Az anspress-ə istinadən bildirir ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla Bakının 5 ünvanında - Binəqədi rayonu üzrə Dərnəgüldə, Xətai rayonu üzrə "Bakı" kinoteatrının yanında, Nərimanov rayonu üzrə Keşlə bazarı yaxınlığında, Səbail rayonu üzrə Badamdar qəsəbəsində, Suraxanı rayonu üzrə Əmircan qəsəbəsində keçiriləcək. Yarmarkalara 45-ə yaxın rayondan kənd təsərrüfatı o cümlədən emal zavodlarının məhsulları gətirilir.

Biz də yarmarkalardakı qiymətlərin bazarla müqayisədə nə qədər ucuz olub olmadığını öyrənmək üçün yolumuzu Xətai rayonunda təşkil olunan ən böyük yarmarkadan saldıq. Müşahidələrimiz onu göstərdi ki, bazardan fərqli olaraq alıcı burada eyni məhsulu həm ucuz, həm də baha qiymətə əldə edə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin verdiyi məlumata görə, yarmarkada qiymətlər bazardakılardan 20-30% ucuzdur. Onların sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə ümumi bazarlarda monitorinqlər aparılıb. Həmin nəticələr əsasında da yarmarkalarda qiymətlər müəyyənləşdirilib.

Məhsulların qiymətinə gəlincə məsələn marketlərdə pomidor-xiyarın 1 kiloqramı 3-4 manata satılırsa, yarmarkada 1 -2 manata almaq mümkündür. Kartof-soğan 60qəp - 1 manat, göyərtinin 6-7 dəstəsi 1 manata satılırdı. Meyvələrin qiyməti də növlərinə görə müxtəlifdir. Məsələn, almanın kiloqramı Bakı dükanlarında 80 qəpik, 1 manata satıldığı halda yarmarkada 50, 40 qəp, makismum 1 manatadır. Armud 2-3 manat, mandarin 1-1.50 manat ,heyva 1 manat, narın kilosu 1-2 manat arasında dəyişir. Çərəzlərdən qoz-fındıqı 3-6 , şabalıdı 5-6 manata almaq mümkündür.

Ət məhsullarına gəlincə kənd toyugu 2,5 - 4 manat arası, mal və qoyun əti 5-6 manata, hinduşka əti 7 manata satılır. Diri hinduşka isə 12 manata bazara çıxarılıb. Kənd yumurtasının bir ədədi isə alıcıya 15 qəpiyə təklif edilir. Balıqların da qiyməti növündən asılı olaraq dəyişir, ən ucuz balıq 1 man 20 qəp, ən baha 6-7 manata satılır.

Satıcılar onlardan yer pulu tələb olunmadığı üçün məhsulları belə ucuz satdıqlarını desələr də alıcılar bu fikirlə razılaşmır, yarmarkadakı qiymətlərin bazardakılardan bir fərqi olmadığını bildirirlər. Müşahidələrimiz zamanı narazılıq edənlər də az deyildi. Alıcıları narazı salan əsasən də yerli məhsulların qiymətindəki artım idi.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyevin sözlərinə görə, bu il yarmarkalara çıxarılan məhsulların qiymətində da heç bir artım yoxdur. Səhər saatlarında sadəcə yumurtanın qiymətində 2 qəpik süni artım olub, o da aradan qaldırılıb.

"Qiymətlərə tərəfimizdən nəzarət olunur, kim süni şəkildə qimət artımına yol verərsə, o yarmarkadan uzaqlaşdırılacaq. Yarmarkalarda kənd təsərrüfatı nazirliyi yanında dövlət bayatarlıq xidmətinin fitiosanitar qrupunun əməkdaşları da işləyir, səyyar labaratoriyalar təşkil olunub. Bura gətirilən məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra buraxılır. Hazırda yarmarkaya Quba, Salyan, Cəlilabad, Ağdaş, Masallı, Sabirabaddan kənd təsərrüfatı məhsulları gətirilib. Dekabrın 31-dək onların sayı artırılacaq. Həmçinin İİN razılığı ilə yerli şirkətlər də öz məhsullarını təqdim edib. Ötən illərdən fərqli olaraq bu il həm də sənaye istehsalı məhsullar bazara çıxarılıb və heç bir süni artım olmadan - öz qiymətinə satılır. Vətəndaşlardan xahişimiz odur ki, qiymətlərlə bağlı hər hansı bir problemlə qarşılaşdıqda bizə muraciət etsinlər."

Bayram yarmarkaları dekabrın 26-dan 31-dək hər gün keçiriləcək. Nazirlik bu addımla bayramqabağı bazarlarda hökm sürəcək bahalaşmanın qarşısını almağı nəzərdə tutub. Hazırda yarmarkaya Quba, Salyan, Cəlilabad, Ağdaş, Masallı, Sabirabaddan kənd təsərrüfatı məhsulları gətirilib. Dekabrın 31-dək onların sayı artırılacaq. Həmçinin İİN razılığı ilə yerli şirkətlər də öz məhsullarını təqdim edəcəklər.

Ötən ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Xətai rayonunda Bayram Yarmarkası təşkil olunmuşdu.Yarmarkada 300-a yaxın ton bazara çıxarılmışdı. Məhsullar əsasən Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy, Sabirabad və digər rayonlardan gətirilimişdi. Yarmarka ötən il də 5 gün davam etmişdi.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Futbolçular heç ayaqyoluna da gedə bilmir"

01 May 2017 06:37

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb (FOTO)

01 May 2017 06:36

Viktoriya Bekhemin yeni FOTOları

01 May 2017 06:32

Tramp baş nazirləri Ağ Evə dəvət etdi

01 May 2017 06:23

Qlamur Nina - FOTO

01 May 2017 05:32

Köpək balığı qadına hücum etdi

01 May 2017 05:23

20-dən çox silahlı məhv edilib

01 May 2017 05:22

İki nazir istefaya göndərilib

01 May 2017 05:08

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06

Bakıxanovda kişi və qadın döyüldü

01 May 2017 00:48

Kolumbiyada bina uçdu - 18 ölü

01 May 2017 00:39

Pis ruhları qovmağa çalışdılar və...

01 May 2017 00:38

Türkiyədə zəlzələ oldu

01 May 2017 00:28

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

01 May 2017 00:17

Qarpız doğrudan da möcüzədir!

01 May 2017 00:12

Astroloji proqnoz - 1 may

01 May 2017 00:08

Şimali Koreya sənəti - FOTO

01 May 2017 00:05

Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

01 May 2017 00:05

Günün qoroskopu: köhnə əlaqələri bərpa etmək olar

01 May 2017 00:05

Erməni müğənninin Azərbaycanla bağlı yalanı

01 May 2017 00:04

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

30 Aprel 2017 23:57

Sertifikasiyada hansı müəllimlər olacaq?

30 Aprel 2017 23:52

Yas saxlamaq olarmı?

30 Aprel 2017 23:52

"Terminator" qayıdır

30 Aprel 2017 23:50

Putin hokkey meydançasında məşq etdi - VİDEO

30 Aprel 2017 23:48

“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTO

30 Aprel 2017 23:47

B4 vitamininin faydaları

30 Aprel 2017 23:47

Məşhur aktrisa "açarını itirdi"

30 Aprel 2017 23:44