Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qışda ürəyinizi bu cür qoruyun - MƏSLƏHƏT

Qışda ürəyinizi bu cür qoruyun - MƏSLƏHƏT

Date: 26 December 2015 21:47

Artıq özünü göstərməyə başlayan soyuq və küləkli havalar bütün orqanizmə təsir göstərməklə yanaşı, ürək sağlamlığı üçün də bir çox risk faktoruna səbəb ola bilər.

Bəs soyuq hava ürəyə necə təsir edir? Kimlər daha çox risk altındadır? Tez üşüyənlər nə etməlidir? 

Milli.Az lent.az-a istinadən bildirir ki, ürək sağlığı ilə bağlı bu hallar yaşlılarda və ürək xəstəliyi olan gənc insanlarda çox yaşanır. Xüsusən infarkt, iflic keçirmiş şəxslərin soyuq hava şərtlərinə qarşı həmişə tədbirli olması gərəklidir.

Sağlam ürək üçün qış məsləhətləri

Soyuq hava ürək və dövran sisteminin bədən istiliyi və enerji ehtiyacını qarşılaması üçün daha çox işləməsinə səbəb olur. Həm də külək, qar və yağış da bədən istiliyini azaldan digər amillərdən biridir. Əsasən qış aylarında təzyiq yenidən nizamını poza bilər. Yenə soyuqla əlaqəli hərəkətə keçən bəzi mexanizmlər qanın laxtalanmasına və risk ehtimalı yüksək olan insanlarda infarkt, iflic keçirmək riskinin yüksəlməsinə səbəb olur.

Digər yandan, soyuq havayla bərabər geniş yayılan yuxarı tənəffüs yolu infeksiyaları səbəbindən ürək çatışmazlığı xəstəliklərindəki pozulma da sıx rastlanır. Bundan başqa əvvəlcədən ürək xəstəsi olan insanlarda sinə ağrıları çox yaşanır. Bütün bu ağrılar soyuğun spazma təsirindən qaynaqlanır.

Qışda edilən idmanda temp önəmlidir

Mütəxəssislər qışda idman edərkən idman tempini bədən istiliyi artdıqca artırmağı məsləhət görür.

Tox qarına qətiyyən idman etmək olmaz. Yeməkdən sonra ən az 2 saat keçməlidir. Mədənin toxluq hissinin yox olduğuna diqqət edin. Mədə tox halda idman edilsə, həm ürək, həm də mədəyə ziyan etmiş olarsınız.

Tez üşüyürsünüzsə...

İdman zamanı əl və ayaqları, baş, boyun və sinə bölgəsi tez və çox üşüyən şəxslərin daha diqqətli olması şərtdir. Çünki çox tez üşüyən və soyuqlayan insanların ürək damarlarında büzülmə və laxtalanma olur. Bu da infarkt riskini artırır. Buna görə soyuq olan bölgələrin soyuqdan qorunması və ağzın bağlanması önəm daşıyır.

Sağlam kişilər də diqqət etməlidir

Müntəzəm idman və fiziki hərəkətlərlə məşğul olan şəxslərin bu tərz fəaliyyətləri qış aylarında davam etdirmələri də tövsiyə edilir. Müntəzəm edilən idman ürək, ağciyər, sümük və ruh sağlığı üzərində müsbət təsirləri var. Bu hərəkətlər həm də immuniteti artıraraq, qış infeksiyalarına qarşı bədən müqavimətini də yüksəldir.

Yaşlı və gənc ürək xəstələrinin qışın soyuq havalarında bayıra az çıxması məsləhət görülür. Qalın bir geyim əvəzinə üst-üstə bir neçə incə paltar geyinsin.

İnsanların mühüm ürək və ağciyər problemi varsa, havalar çox soyumadan qripə qarşı peyvənd vurdursun. Qarlı yerdə gəzmək, qarı təmizləmək kimi işlər risk amili yüksək insanlarda infarkt riskini artırır.

Milli.Az


Tags:  Qışda ürəyinizi bu cür qoruyun MƏSLƏHƏT

RƏYLƏR


Top news