Bakının iri ticarət və istirahət mərkəzlərinin tullantı suları Xəzərdə ekoloji fəlakətə yol aça bilər

Bakının iri ticarət və istirahət mərkəzlərinin tullantı suları Xəzərdə ekoloji fəlakətə yol aça bilər
22:03 26 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Xəzər dənizinin sahil zolağında tullantı sularının idarə olunması üzrə keçirilən monitorinqlərin nəticələrinə görə, “Karvansaray” və “Binə” ticarət mərkəzlərində formalaşan tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı araşdırmaların nəticələrinə əsasən bildirir ki, monitorinqlər zamanı Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sahil xətti boyunca bəzi yerlərdə sahəsi təqribən 2 ha olan gölməçələr olduğu, məişət və bərk tullantıların pərakəndə halda qalaqlanaraq yığıldığı da müşahidə edilib. Sözügedən rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən müəssisələrdən biri “Karvansaray” ticarət mərkəzində monitorinq zamanı müəyyən edilib ki, burada ay ərzində formalaşan orta hesabla 500 kubmetr həcmində tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində isə anbara yığılan tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən nasoslar vasitəsilə birbaşa Qırmızı gölə, oradan da Xəzər dənizinə axıdılır. Həmçinin ticarət mərkəzinin ərazisində bərk və məişət tullantılarının Qırmızı gölün ətrafına pərakəndə şəkildə atılaraq qalaqlanması hallarına rast gəlinib.

Ələtin qeyri-qanuni zibilxanaları

Ələt qəsəbəsində formalaşan tullantı suları nasosxananın qəza xətti vasitəsilə, fərdi yaşayış evlərindən ibarət olan məhəllələrdə isə pərakəndə şəkildə müxtəlif axarlarla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bundan başqa, məişət tullantıları da düzgün idarə olunmadığından qəsəbənin sahil xəttində bir neçə qeyri-qanuni zibilxana formalaşıb.

Bakıdakı “Crescent Beach” istirahət mərkəzi (İM) tullantı sularını ərazidə tikilmiş qurğuya ötürsə də, baxış zamanı onun işləmədiyi, tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyən edilib. Eyni vəziyyət Salyan şosesinin 32-ci km-də yerləşən “Ramada Baku”da da müşahidə edilib.

Bibiheybət qəsəbəsində yerləşən “Dərya” istirahət mərkəzində balıq məhsullarının satışı üzrə restoran fəaliyyət göstərir. Mərkəzin sahil xəttində aparılan müşahidələr zamanı məlum olub ki, şamboya yığılan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılır.

Balıq məhsullarının satışı üzrə restoran kimi fəaliyyət göstərən “Xəzri” istirahət mərkəzində aparılan müşahidələr zamanı isə məlum olub ki, şambodan sızan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılır.

Rayonlarda tullantılar pərakəndə şəkildə yandırılır

Xaçmazda formalaşan tullantı suları, əsasən, təbii axarlar vasitəsilə Xəzər dənizinə axıdılır. Şəhərin mərkəzində toplanılan bərk məişət tullantıları rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha sahəsi olan əraziyə daşınsa da, digər sahələrdə formalaşan bərk məişət tullantıları pərakəndə şəkildə müxtəlif yerlərə atılır.

Şabran rayonunda əsas ekoloji problem təmizləyici qurğuların olmaması və formalaşan tullantı sularının təbii axarlar (Dəvəçiçay və Dərəçay) vasitəsilə Xəzər dənizinə axıdılmasıdır.

Şabran rayonunda formalaşan bərk məişət tullantıları Güləmli kəndində nəzərdə tutulmuş 1 ha-lıq poliqona daşınması əvəzinə, şəhərin bəzi yerlərində və bəzi kəndlərdə pərakəndə şəkildə atılaraq yandırılır. Bundan başqa, rayon ərazisindən keçən Dəvəçiçay, Şabrançay və Samur-Abşeron kanalının ətrafında salınmış yaşayış sahələrində formalaşan bərk məişət tullantıları da çay və kanal ətrafı ərazilərə atılır.

Siyəzən rayonundan Xəzər dənizinə tökülən Ataçay və Gilgilçay suvarma məqsədləri üçün yararlı olsa da, rayon ərazisində çirklənməyə məruz qalan təbii axarlardır. Rayonda fəaliyyət göstərən “Azərsu” ASC-nin Siyəzən rayon Sukanal İdarəsində monitorinq keçirərkən məlum olub ki, 2011-ci ildə yeni kanalizasiya xətlərinin və tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulmuş qurğunun inşasına başlansa da, işlər hələ də yekunlaşmayıb. Bu səbəbdən də formalaşan tullantı suları köhnə xətlər vasitəsilə yararsız vəziyyətə düşmüş mexaniki təmizləyici qurğuya yönəldilir.

Təkliflər...

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bildirir ki, Xaçmaz, Şabran və Siyəzən rayonlarında formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılması dənizin ekosisteminə mənfi təsir göstərə bilər. Buna görə də Xaçmaz, Şabran və Siyəzən rayonlarında aidiyyəti qurumlar tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılmalıdır.

Qaradağ rayonunda aidiyyəti qurumların tabeliyində olan kanalizasiya xətlərinin, nasosxanaların normal iş rejimi bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə, eyni zamanda ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Ərazilərdə yığılıb qalmış bərk məişət tullantılarının qanunvericiliyə əsasən poliqonlara daşınması tədbirləri görülməlidir.

Ələt qəsəbəsində mövcud təmizləyici qurğular işlək vəziyyətə gətirilməli, yaxud müasir standartlara cavab verən yeni qurğular quraşdırılmalı, eyni zamanda sözügedən qəsəbələr mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi ilə tam təmin olunmalıdır. “Gresent Beach” və “Ramada Baku” istirahət mərkəzilərində mövcud olan qurğuların normal iş rejimi bərpa olunmazsa, buradan axıdılan tullantı suları Xəzər dənizində ekoloji pozuntulara səbəb ola bilər.

Həmçinin “Binə” ticarət mərkəzindən Qırmızı gölə axıdılan tullantı sularının, bərk və məişət tullantılarının gölün ətrafına atılmasının qarşısı alınmalıdır.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kubokunda yarımfinal həyəcanı

30 Mart 2017 09:08

Argentina Futbol Federasiyasına yeni prezident seçilib

30 Mart 2017 09:05

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 09:05

Gəncədə avtomobil qəzası:3 nəfər yaralanıb - FOTO

30 Mart 2017 09:05

45 yaşlı kişi özünü dəhlizdə asdı - Yasamalda

30 Mart 2017 09:04

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

30 Mart 2017 08:57

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:57

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32

Blanka yeni reklamda - FOTO

30 Mart 2017 07:32

ABŞ-da ağır qəza: 12 nəfər öldü

30 Mart 2017 07:28

Görünən rənglərin sayınını artıracaq

30 Mart 2017 07:27