Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Penitensiar xidmətdə yeni elektron idarəetmə sisteminin təqdimatı olub

​Penitensiar xidmətdə yeni elektron idarəetmə sisteminin təqdimatı olub

Date: 26 December 2015 22:07

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində xidmət üzrə yeni yaradılan "Vahid Elektron Baza və İdarəetmə sistemi"nin təqdimat mərasimi keçirilib.
"Report" Xidmətin saytına istinadən xəbər verir ki, mərasimdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin rəhbərliyi, "Ultra Computers" icraçı şirkətinin nümayəndələri və ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər.
İstismara hazır olan "Vahid Elektron Baza və İdarəetmə sistemi" içraçı şirkət tərəfindən iştirakçılara təqdim edilib.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”na əsasən Penitensiar Xidmət üzrə "Vahid Elektron Baza və İdarəetmə sistemi"nin yaradılması məqsədilə "Ultra Computers" icraçı şirkəti ilə müqavilə imzalanıb və 2013-cü ilin ikinci yarımilliyindən etibarən layihənin icrasına başlanılıb.
Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və "Ultra Computers" icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə yeni proqramla işləmə qaydalarının mənimsənilməsi ilə bağlı treninqlər keçirilib və layihə üzrə aparılan işlər barədə ictimaiyyətə müvafiq məlumatlar açıqlanıb. 

Tags:  Penitensiar xidmətdə yeni elektron idarəetmə sisteminin təqdimatı olub

RƏYLƏR


Top news