Göyçayda faciə: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Göyçayda faciə: 3 nəfər ölüb, 5 nəfər yaralanıb
22:22 26 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.  
 
"Mercedes" markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.
 
Məlumata görə, toy karvanında olan "Mercedes" əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn "VAZ 21015"-lə toqquşub.
 
Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.
 
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR