Quru paxlalıları bişirməyin düzgün QAYDASI

Quru paxlalıları bişirməyin düzgün QAYDASI
22:47 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Quru paxlalıların doğru üsulla bişirilməsi sağlamlıq baxımından əhəmiyyətlidir.

Milli.Az lent.az-a istinadən bildirir ki, quru paxlalıların qaynadılan suyunu atmaq olmaz. Paxlalılar yetişmiş bitki toxumlarıdır. Karbohidrat, protein tərkiblidir, qidalanmada sıx yer alması mütləqdir. Noxud, mərci, lobya, quru lobya, paxla, çay maşı bunlardan bəziləridir. Toxumun xarici qatı lifdən, iç hissələri isə nişastadan ibarətdir. Quru paxlalılarda az miqdarda olan yağ, çoxlu doymamış yağ turşularıdır. Ən yağlısı lobyadır. Bundan başqa dəmir, sink, kalsium, maqneziumla zəngindir.

Quru paxlalıları bu üsullarla bişirin

Quru paxlalıları həzmə uyğun və faydalı bişirmək üçün bəzi detallara diqqət etmək lazımdır. Quru paxlalıları otaq istiliyində 8-24 saat arası suda saxladıqdan sonra qısa müddətdə bişirmək lazımdır. Belə qabıqlarının çıxarılması daha asan olur və həzmi asan başa gəlir. İslatma suyunun atılmasında qida dəyəri itkisi yaşanmır. 100 dərəcənin üzərində protein itkisi olur. Quru paxlalılar qaynadılaraq bişiriləcəksə, qaynatma suyunu atmayın. Qaynatma suyunda əriyən vitaminlər olduqca çoxdur. Quru paxlalıları qazanın ağzı qapalı halda 45-60 dəqiqə bişirin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR