Canım fəda olsun Sənin yoluna

Canım fəda olsun Sənin yoluna
22:57 26 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

"Allahın sənin kimi bir xiyarı ..." - Cem Yılmaz hiddətləndi - FOTO (09 May 2017 12:52)

Allah-Təala Onu aləmlərə mərhəmət olaraq göndərib.

O, sonsuz nurdur, Allah-Təalanın göndərdiyi Quran, özünün həyatı ilə qiyamətə qədər bəşəriyyətin yolunu işıqlandıracaq.

Adı çəkiləndə Ona salavat oxumağı, yolunu tutmağı Allah-Təala bizlərə əmr edir.

Quran bildirir ki, Allaha inandığını söyləyənlər bu iddialarını isbat eləmək üçün Həzrəti Muhammədin yolunu tutsunlar.

Mömin üçün Allah və Onun Rəsulu candan da, maldan da, valideyndən də, övladdan da.., hər şeydən irəlidir.

O, onu sevənləri sevər, Onu görməyə təşnə olanları sevər. Sonradan gəlib, üzünü görmədiyin halda sevənlərə "qardaşım" deyib.

O, misilsiz insanlıq örnəyidir, hər gözəlliyin zirvəsi onda cəmlənib.

O, bizim sultanımız, başımızın tacı, gözümüzün nuru, sevimli Peyğəmbərimizdir. Allah-Təala bizi onun yolundan ayırmasın!

Onun əxlaqı Quran əxlaqıdır, Onu Allah-Təala (c.c.) Özü tərbiyə edib. Hər cür qüsurdan Allaha sığınırıq, əgər Quranı bir ssenari hesab eləsək, onun canlı təcəssümü Həzrəti Muhammədin (s.ə.s.) həyatıdır.

***

Bəşəriyyət Onun üzü hörmətinə yaradılıb. Allah-Təala Onu hər şeydən və hər kəsdən daha çox sevib, daha üstün tutub. O, insanlığın fəxri, həyat örnəyidir. Onu sevməyənin ürəyi xarabazarlıqdır demək. O, gəlib-keçmiş bütün peyğəmbərlərin əşrəfi, meracda namaz qılarkən imamıdır. Dünya o gözəllikdə Adəm övladı görməyib, görməyəcək də. Özü də gözəldir, sözü də gözəldir, üzü də gözəldir... O, elə gözəl, elə gözəldir ki, mədh etməyə söz acizdir.

Onun gələcəyini yəhudi və xristian alimləri yaxşı bilirdilər. Bilirdilər ki, peyğəmbərlərin sonuncusu, bəşərin xilaskarı gələcəkdir. Amma nə zaman və harada doğulacağı haqda dəqiq bilgiləri yox idi. Yəhudi alimləri sonuncu peyğəmbərin də onların içindən çıxacağına inanırdılar. Amma ağıllarına da gəlməzdi ki, bu mübarək Zat ərəblərin Qureyş qəbiləsinin qismətinə yazılıb.

Rəbiəl-əvvəl ayının on ikinci günü, bazar ertəsi, sübh zamanı Onun gəlişiylə bu dünya şərəf tapdı. Bu gəliş dünyaya özü ilə bərabər yeni məna, yeni mərhələ gətirdi. Göz açanda ata üzü görmədi. Atası Abdullah Əbdül Müttəlib oğlu onun doğumundan iki ay öncə bu dünyadan köçmüşdü. Bu da Allah-Təalanın bir hikmətiymiş. Ən çox sevdiyi bəndəsini bu dünyaya yetim kimi gətirmişdi. Amma nə qəm, Onun hamisi elə Allah-Təalanın özü idi.

Tarix bu şanlı doğuma İsa peyğəmbərin (ə.s.) doğumundan başlayaraq hesablanan Miladi təqviminin 571-ci ilinin aprel ayının 20-də şahid olmuşdur.

Tarixçilər yazırlar ki, bu mübarək doğuşun baş verdiyi gecə Kəsranın sarayında 14 sütun uçmuş, atəşpərəstlərin alovu sönmüş, Səva gölü qurumuşdur. Həqiqət bundan ibarət idi ki, yıxılan təkcə Kəsranın sarayındakı sütunlar deyil, İranın səltənəti və ehtişamı yıxılmışdı; Bizansın şöhrəti, Çinin əzəməti çökmüşdü. Sönən atəş təkcə atəşpərəstlərin odu deyildi, dünyadakı küfrün, dinsizliyin odu idi. Quruyan göl təkcə Səva gölü deyildi, bütpərəstliyin kökü idi.

Anası həzrəti Əminə belə söyləyib: "Hamiləliyimin altıncı ayında bir gecə yuxuda qarşıma bir zat çıxdı və dedi: "Ey Əminə, bil ki, sən aləmlərin xeyrinə hamiləsən, doğacağın o uşağın adını Muhəmməd qoy və halını kimsəyə söyləmə.

Həzrəti Əminə heç bir ağrı çəkmədən gül parçası kimi bir oğlan uşağını dünyaya gətirdi. Ev bir anda nura qərq oldu. İçəridəkilər bu cür gözəl və nurlu bir çöhrə görməmişdilər. Uşağın babası Əbdül Müttəlibdən muştuluq almağa qaçdılar. Qoca baba çox sevindi. Ziyafət verdi və körpənin adını Muhamməd qoydu. Soruşdular:

- Sənin əcdadında belə ad yoxdur. Niyə öz babalarından birinin adını deyil, məhz bu adı seçdin?

- İstəyirəm ki, Allah da, insanlar da onu öysünlər.

***

Canım fəda olsun Sənin yoluna,

Adı gözəl, özü gözəl Muhamməd!

Şəfaət eyləgil kəmtər quluna,

Adı gözəl, özü gözəl Muhamməd!

Yunus Əmrə elə bildi ki, Veysəl Qaraninin dilindən deyib bu sözləri. Bir də gördü ki, milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: "Canım fəda olsun..." Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Muhamməddən oldu məhəbbət hasil

Muhammədsiz məhəbbətdən nə hasil?

Sevməyi Sən öyrətdin bisə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

***

Şeir onda şeir olur ki, yüz il sonra yaşayanların da hissinə eyni dərəcədə tərcüman olur. Şair onda şair olur ki, əsrlər sonra da insanlar onun hisslərini, duyğularını paylaşırlar. Əslində o şeir bir dua kimi, bir türkü kimi qiyamətə qədər səslənəcək və səsləndikcə də müəllifinə dua qazandıracaq. Allah qəni-qəni rəhmət eləsin o sətirlərin müəllifinə!

O, sonsuz Nurdur, O, dünyaları da, könülləri də, işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşidddir. O, elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığın Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır:

Bir əcəb Nur kim, Günəş pərvanəsi.

Bunu da "Nəti-Şərif"i ilə könüllərə düşən Süleyman Çələbi söyləyib, söyləyib də, nə gözəl söyləyib.

***

Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir.

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq Ondan çox bizə qazandırar, bizi qurtuluşa çıxarar. Bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki,  Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Demək, Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.

Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

***

Qurani-Kərim Onu bizə təqdim edir, biz də o təqdimatdan bəzi məqamları diqqətinizə çatdırırıq. Hər kəs baxsın, düşünsün və vicdanı istiqamətində özü üçün nəticə çıxarsın:

- Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. (Ənbiya surəsi-197)

- And olsun, sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməniz Ona çox ağır gəlir. O, sizdən ötrü (sizin iman gətirməyiniz üçün) çox təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir. (Tövbə-128)

- (Ey Rəsulum!) De: "Əgər əgər siz Allahı sevirsinizsə, mənim yolumu tutun ki, Allah da sizi sevsin və gühanlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, mərhəmət edəndir.

***

Quran buyurur ki, Allaha inandığını iddia edən Onun Peyğəmbərinin yolunu tutsun ki, Allah da onun imanını qəbul eləsin. Ona görə də istər danışanda, istərsə də yazanda Onun mübarək adı gələrkən səllallahu-aleyhi-vəssəlam və ya səlatu vəssalam və ya öz dilimizə Ona səlatu salam olsun! - deyirik, yazırıq.

Onun yolu qurtuluş yoludur, Onun yolunu tutan dünyada könül rahatlığı, axirətdə isə cənnət içində yaşar. O, bizim rəhbərimiz, öndərimiz, qiyamət günü şəfaətçimizdir. Allah-Təala (cəllə cəlalühü) bizi Öz mərhəmətindən, Peyğəmbərinin şəfaətindən məhrum buraxmasın!

Salam olsun Sənə, ey Allahın Rəsulu!

Salam olsun sənə, ey Allahın Həbibi!

Salam olsun sənə, ey aləmlərə rəhmət olaraq göndərilmiş Uca Zat, salam olsun, salam olsun!
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neft bahalaşdı

25 May 2017 09:08

Vyana sazişi uzadılacaq?

25 May 2017 09:05

Şabranda yanğın olub

25 May 2017 09:01

Bakıda tikintidə faciə

25 May 2017 08:57

“iPhone”un yaddaşını təmizləmək üçün gizli funksiya

25 May 2017 08:57

Binədə 85 yaşlı qadını maşın vurub

25 May 2017 08:57

Azərbaycanın əməkdar artistinin səhhəti

25 May 2017 08:53

Şahdağ Turizm Mərkəzi təmizlik üçün kimyəvi vasitələr almaq istəyir

25 May 2017 08:52

Bakıda sərxoş kişi özünü bıçaqladı

25 May 2017 08:52

Moskvada MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

25 May 2017 08:52

“Nokia 3310” seks oyuncağı kimi istifadə edilir

25 May 2017 08:52

Rusiyada dəhşətli yanğınlar, 130 ev yandı: ölənlər var

25 May 2017 08:48

400 milyon insan 5G-dən istifadə edəcək

25 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

25 May 2017 08:47

Braziliya prezidenti orduya əmriverdi

25 May 2017 08:42

Zığ və Böyükşor göllərinin mühafizə zonasının hüdudları təsdiqlənib

25 May 2017 08:42

360 min dollarlıq smartfon alıcılara helikopterlə göndəriləcək - FOTO

25 May 2017 08:42

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb - FOTO

25 May 2017 08:37

Köhnə ağ-qara fotoları rəngləyən texnologiya yaradıldı

25 May 2017 08:37

Hindistanlı tələbə miniatür peyk yaradıb

25 May 2017 08:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 08:27

2017-ci ildə DDoS hücumları azalıb

25 May 2017 08:27

Bakıda qadın sürücü travma alıb

25 May 2017 08:22

Bakıda makleri avtomobil vuraraq öldürüb

25 May 2017 08:22

Virus daha çox Windows 7-ni vurdu

25 May 2017 08:22

Naməlum şəxs üç nəfəri bıçaqladı - Nyu-Yorkda

25 May 2017 08:18

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 08:17

iPhone 8 həyəcanı - Qiymətlər

25 May 2017 08:17

Şimali Koreya sahillərində ABŞ-ın iki sualtı qayığı var

25 May 2017 08:12

Selfie üçün yeni smartfon - VİDEO

25 May 2017 08:12

"Azərbaycan İslam dünyasına çağırış edərək missiyasını və dəyərlərini bölüşdü"

25 May 2017 08:05

Samsung uzadıla bilən displey hazırlayıb

25 May 2017 08:05

Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians

25 May 2017 08:05

Avropanın ən gözəl MİLLİ PARKLARI - FOTOLAR

25 May 2017 08:03

Deputat: İslamiada Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi

25 May 2017 08:01

UEFA Kuboku Mançesterə getdi - VİDEO - FOTO

25 May 2017 07:57

Bu gün müəllimlər imtahan verir

25 May 2017 07:55

Yeni "Microsoft Surface Pro"da nələr var?

25 May 2017 07:52

Sərnişin avtobusu aşdı: 17 ölü, 48 yaralı

25 May 2017 07:48

BVF Monqolustana yarımmilyarda yaxın vəsait ayırıb

25 May 2017 07:47

Akademik: Konflikt, tendensiya, kriteriya, emosiya, simvol, rezerv sözləri dilimizi yükləyir

25 May 2017 07:43

“Android” əlavələrinin həcmi azaldılacaq

25 May 2017 07:42

Dəyişməyən Melissa - FOTO

25 May 2017 07:32

Möhkəm hibrid planşet təqdim olundu

25 May 2017 07:32

Bakıda hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

25 May 2017 07:32

Paytaxtda gənc qız damarlarını kəsərək intihara cəhd edib

25 May 2017 07:27

"Uçan avtomobil" taksidən baha olmayacaq

25 May 2017 07:22

Dubayda robot polis işə salınacaq

25 May 2017 07:12

Misirdə 28 May Respublika Günü münasibəti ilə silsilə tədbirlər davam edir (FOTO)

25 May 2017 06:43

18 yaşlı qız bakirəliyini satır

25 May 2017 06:34