Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İran və Azərbaycanın yük maşınları sərhəd vergisi ödəməyəcəklər

İran və Azərbaycanın yük maşınları sərhəd vergisi ödəməyəcəklər

Date: 26 December 2015 23:04

İran və Azərbaycanın yük maşınları dekabrın 22-dən etibarən 160 ABŞ dolları həcmində olan sərhəd vergisini ödəməkdən azad edilib.

 

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın quru yolu və nəqliyyat idarəsinin tranzit nəqliyyat və sərhədyanı terminallar departamentinin rəhbəri Məhəmməd Cavad Atrçian deyib.

 

Onun sözlərinə görə, bu qərar iki ölkə rəsmilərinin Tehranda keçirilən 10-cu Birgə İqtisadi Komissiyası çərçivəsində qəbul olunub.

 

O qeyd edib ki, hər iki tərəfdən, həmçinin, hər ay 500 pulsuz keçid veriləcək.

 

Məhəmməd Cavad Atrçian sözlərinə görə, Rusiya, Belarus, Ukrayna, Azərbaycan və Gürcüstana ixrac məhsulları daşıyan yük maşınları 22 dekabr 2015-ci il tarixdən etibarən 160 ABŞ dolları həcmində sərhəd vergisi ödəməkdən azad edilib.

 

Onun sözlərinə görə, yük maşını sürücülərinə ödənişsiz keçid lisenziyası İran-Azərbaycan  sərhəd-keçid məntəqəsində verilir.


Tags:  İran Azərbaycanın yük maşınları sərhəd vergisi ödəməyəcəklər


RƏYLƏR


Top news