İnternetdən asılılıq qripə və infarkta gətirib çıxardır

İnternetdən asılılıq qripə və infarkta gətirib çıxardır
23:12 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın Suonsi Universitetinin və Milan Universitetinin alimləri maraqlı tədqiqat aparıblar. Onlar sübut ediblər ki, internet-asılılıq insan orqanizminin immunitetini məhv edir.

AZƏRTAC "newsland.com" saytına istinadla xəbər verir ki, tədqiqatçılar yaşı 18-dən çox olan 500 nəfərdən ibarət fokus qrupunu sorğu-sual ediblər. Onların azı 40 faizi orta və ya ağır dərəcəli internet- asılılıqdan əziyyət çəkirmiş. Bir neçə maraqlı qanunauyğunluq üzə çıxıb. Əvvələn, şəbəkədən asılı olan insanların 30 faizi soyuqdəymədən və qripdən daha çox əziyyət çəkir. İkincisi, internetdən asılı olan istifadəçilər, məsələn, şəbəkə işləməyəndə çox narahat və stressə qarşı davamsız olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə qoşulandan sonra gərginliyin azalması orqanizmdə kortizolun səviyyəsini güclü surətdə dəyişir. İmmun sisteminin qoruyucu funksiyalarını xeyli dərəcədə kortizol müəyyən edir.

Bundan əlavə, internet fanatları başqa adamlarla nadir hallarda canlı ünsiyyət qurur və deməli, özlərini mikrobların təsirindən qoruyurlar. Belə təcrid də immuniteti sarsıdır.

Əlavə etmək olar ki, internetdən asılı istifadəçilər doyunca yatmır, daha çox siqaret çəkir, spirtli içki içir, idmanla məşğul olmurlar.

Alimlər xəbər verirlər ki, tədqiqat iştirakçılarının çoxu internetdən orta hesabla gündə altı saat istifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR