680 atlı Mercedes-AMG - FOTO

680 atlı Mercedes-AMG - FOTO
23:12 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Almaniyanın VATH emalatxanası dördqapılı C-Class modelinin AMG variantına əl gəzdirib - tünerlər C 63 versiyası üçün birdən-birə iki təkminləşmə paketi hazırlayıb. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kiməsə AMG sedanındakı 476 a.g. kifayət etmirsə, iki turbo gücləndiricili V 63 RS sifariş edə bilər. Qiymət barədə məlumat verilməsə də, atlarının sayı məlumdur -mühərrik artıq 680 a.g. hasil edir. Dinamik xüsusiyyətlər barədə məlumat verilməyib, lakin 1300 avroya 360 km/saat sürətlənməni əldə etmək mümkündür. 

Əlavə bir neçə yüz avroya isə, 40 mm aşağı salınan asma, öndə 255/30 və arxada 275/30 ölçülü şinlər geyindirilən 20 dyümlü təkər diskləri, pedal üzərində xüsusi astarlar və ayaqaltılar əldə etmək olar. 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR