Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Zaqatalada yol qəzasında ölən və yaralananların adları məlum olub

Zaqatalada yol qəzasında ölən və yaralananların adları məlum olub

Suriyada Novruz faciəsi: ölən və yaralananlar var (21 Mart 2017 22:42)
Novruz şənliyi zamanı partlayış törədildi - ölən və yaralananlar var (21 Mart 2017 21:29)
Zaqatalada 57 yaşlı qadın özünü bıçaqladı (16 Mart 2017 23:18)

Tarix: 26 Dekabr 2015 23:22

Bakı. 26 dekabr. REPORT.AZ/ Axşam saatlarında Zaqatalada 3 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ölən və yaralananların adları məlum olub.
"Report" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Şəhərin Tala çayı üzərindəki körpüdə Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Həsənzadənin idarə etdiyi "Lada-Piriora", Zaqatala şəhər sakini 27 yaşlı Hüseyn Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil və hələ ki, şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. "VAZ-2106"nın sürücüsü Hüseyn Kərimov xəstəxanaya aparılarkən yolda ölüb. "Priora"nın sürücüsü Elvin Həsənzadə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"nin sürücüsü və sərnişinləri, şəhər sakini 25 yaşlı Şükür Səmədov və 29 yaşlı Fərid Ramazanov aldıqları bədən xəsarətləri ilə Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.









Teqlər:  Zaqatalada yol qəzasında ölən yaralananların adları məlum olub



RƏYLƏR


Top xəbərlər