Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Portağallı-ədviyyatlı detoks

Portağallı-ədviyyatlı detoks

Date: 26 December 2015 23:27

İnsan orqanizmi özünü təmizləmək və bərpa etmək xüsusiyyətinə malikdir.
Lakin müasir insanların əksəriyyəti pis ekoloji şəraitdə yaşayır, ziyanlı maddələrlə "zəngin" olan qidaları qəbul edir, təmiz su içmir və bu da orqanizmdə ziyanlı maddələrin çoxlu miqdarda toplanmasına səbəb olur.
Milli.Az saglamolun.az-a istinadən sizə orqanizmdən ziyanlı maddələrin xaric olunmasını sürətləndirən detoks reseptini təqdim edir.
2 portağalın qabıqları blenderdə xırdalanır. Üzərinə 1 l ilıq su əlavə olunur. Suya hərəsindən 1 çimdik darçın və zəncəfil əlavə olunur, qarışdırılır. 1 saatdan sonra suyu süzün, 2 xörək qaşığı bal əlavə edin və gündə 3-4 dəfə 1 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl için.
Milli.Az


Tags:  Portağallı-ədviyyatlı detoks

RƏYLƏR


Top news