Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Qaxda gənc oğlan at arabasının altında qalıb

​Qaxda gənc oğlan at arabasının altında qalıb

Date: 26 December 2015 23:42

Bakı. 26 dekabr. REPORT.AZ/ Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, rayonun Qaysarlı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimli Elnur Rüstəm oğlu at arabasını sürərkən qəflətən yerə yıxılıb və araba onun üzərinə aşıb.
Yaralı qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyə şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti orta ağırdır. 

Tags:  Qaxda gənc oğlan at arabasının altında qalıb

RƏYLƏR


Top news