Tanış olun: ilk Şəriət aviaşirkət

Tanış olun: ilk Şəriət aviaşirkət
23:42 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Özünü Malayziyanın ilk islami hava yolları şirkəti kimi təqdim edən Rayani Air bu həftə uçuşlara başlayıb. Onun bələdçiləri yalnız qadınlar olan təyyarələrində halal yeməklər verilir və alkoqollu içkilər qadağandır. 

Milli.Az BBC-yə istinadən bildirir ki, bu yeni hava şirkəti barədə 5 mühüm məlumatı diqqətinizə çatdırırıq:

1. Şirkət deyir ki, şəriət qaydalarına riayət edir

Bu o deməkdir ki, onun reyslərində halal menyu təklif edilir və uçuşdan əvvəl əzan səslənir.
Yalnız qadınlardan ibarət bələdçilər heyəti hicab geyinir, qeyri-müsəlmanlardansa "abırlı" geyinmək tələb olunur.
Bu hava şirkətinin təyyarələrində donuz əti və alkoqollu içkilər qadağandır. Hərçənd bu şeylərin sərnişinlərin baqajlarında olan və ya "duty-free" dükanlarından aldıqları şeylərə şamil edilib-edilmədiyi bilinmir.

2. Rayani Air dünyada heç də ilk islami hava yolları şirkəti deyil

Bruney, Səudiyyə Ərəbistanı və İran kimi bir sıra müsəlman ölkələrinin təyyarələrində də şəriət qanunlarına uyğun menyular və qaydalar var.

Londonda mənzillənmiş Firnas Airways şirkəti də gələn ildən işə salacağı şərqi Asiya reyslərində alkoqolsuz menyu və sələmsiz dükan tətbiq etməyi planlaşdırır, yazır Bloomberg.

3. Şirkət sahiblərinin özlərinin müsəlman olmadıqlarını deyirlər

Hindistan mediasının xəbərlərinə görə, hava şirkətinin təsisçiləri Ravi Alagendrran və onun arvadı Karthiyani Govindan dini təriqət baxımından hindudurlar, hərçənd bu barədə rəsmi məlumat yoxdur.

Cənab Alagendrran "The Malay Mail" qəzetinə deyib ki, onların təyyarələri böyüməkdə olan müsəlman nəqliyyat bazarından mənfəət götürsə də, başqa sərnişinlərə də xidmət göstərməyə hesablanıb.
"Bu bir seqreqasiya məsələsi deyil... Sadə və alkoqolsuz mühitdə səyahət etməyi arzulayan hər bir kəs bizim uçuşlarımızda özünü evindəki kimi hiss edə bilər" - deyib şirkət sahibi.
Malayziya əhalisinin əksəriyyəti müsəlmanlar olan və İslamın mötədil formasına malik ölkədir.

Belə bir şirkətin yaranmasına səbəb bir də bu ola bilərdi ki, bəzi mühafizəkar Malayziya müsəlmanları arasında geniş yayılmış inama görə, Malaysia Airlines şirkətində bu yaxınlarda baş vermis MH370 və MH17 qəzaları Allah qəzəbindən baş verib.

4. Bu şirkətin İrlandiyaya heç bir dəxli yoxdur

Adı, ucuz biletlər təklif edən Avropa şirkəti RyanAir-ə çox oxşasa da, "Rayani" sözü onu yaradanların adlarından toqquşdurulub - Ravi və Karthiyani.
Bu ad həm də az tanınan Kalabari fəlsəfəsində "dəyişiklik və səyahətlərə can atan qadın" və ya Hindistanın Maharaştra ştatının Marati dilində ağac sözlərini xatırladır.

5. Böyük ambisiyaları var

Yalnız ölkədaxili reyslərlə uçan Rayani şirkətinin qərargahı kurort adası Lanqkavidə mənzillənib və hələlik yalnız paytaxt Kuala Lumpur və şimal şəhəri Kota Bahrudan uçur.
Onun aviaparkında hər biri 180 sərnişin tutan iki Boeing 737-400 təyyarəsi, cəmi səkkiz pilotu və 50 heyət üzvü var.
Lakin şirkət sürətlə genişlənərək daha çox Malayziya şəhərlərinə və hətta bir gün Məkkəyə Həcc və Ümrə uçuşları təşkil etməyi planlaşdırır, yazır The New Straits Times qəzeti.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR