Azərbaycanda toy qəzası: 3 ölü

Azərbaycanda toy qəzası: 3 ölü
23:51 26 Dekabr 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.

“Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

Göyçay Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR