Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycandan aparıldı, rusları ağlatdı

Azərbaycandan aparıldı, rusları ağlatdı

Date: 27 December 2015 00:05

Azərbaycandan Rusiyaya aparılan Vasya adlı dəvə avtomobil qəzasında tələf olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə Smolensk şəhərində baş verib.

Dəvəni maşın vurduqdan sonra onun bir ayağı sınıb. Vasya adlı dəvənin yenidən sərbəst hərəkət etməsi üçün hətta Smolensk təyyarə zavodunun könülüləri ianə toplayıblar. Onun dərmanları da könülülər tərəfindən alınıb.

Əldə edilən pulla əməliyyat edilən dəvənin vəziyyəti bir müddət düzəlib və heyvan yenidən normal qidalanmağa başlayıb.

Amma sonrakı yoxlamalarda onun damarlarında qan laxtalarının tromplaşdığı məlum olub. Göstərilən bütün səylərə baxmayaraq dəvənin həyatını xilas etmək mümkün olmayıb. Mütəxəssislərin sözlərinə görə, dəvə digər heyvanlardan fərqli olaraq 4 ayağı üstündə sərbəst gəzməsə, çox yaşaya bilmir. Digər heyvanlardan fəqli olaraq dəvələr hərəkətsiz vəziyyətdə qalandə qidalana bilmir.
Təsərrüfat sahibinin verdiyi məlumata görə, onu bir neçə il əvvəl Azərbaycandan Rusiyaya aparıb. Dəvə insanlara qarşı çox istiqanlı olub. O, atlarla birlikdə yolu keçmək istəyərkən naməlum şəxsin avtomobili tərəfindən vurulub. İddiaya görə, dəvənin vurulduğu yolda heyvanların keçməsi üçün bütün təhlükəsizlik nişanı olub, amma sürücü buna fikir verməyib. Təsərrüfat sahibi hadisədən sonra polisə müraciət etsə də, hələ Vasya adlı dəvəni vuran sürücü saxlanılmayıb.
Milli.Az


Tags:  Azərbaycandan aparıldı rusları ağlatdı

RƏYLƏR


Top news