Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qax sakini at arabasının altında qaldı

Qax sakini at arabasının altında qaldı

Date: 27 December 2015 00:29

Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 26-ı axşam saatlarında rayonun Qaysarlı kənd sakini 1990-cı il təvəllüdlü Elnur Rüstəm oğlu Kərimov travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 25 yaşlı Elnur Kərimov kənd ərazisində at arabası ilə hərəkətdə olarkən anidən müvazinətini itirib və yerə yıxılıb. Daha sonra araba onun üzərinə düşüb. Nəticədə Elnur Kərimov qapalı kəllə-beyn travması alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Elnur Kərimovun hazırda  vəziyyətinin orta-ağır olduğu bildirilir.


Tags:  Qax sakini at arabasının altında qaldı

RƏYLƏR


Top news