Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ən zərif qazanc mənbəyi

Azərbaycanın ən zərif qazanc mənbəyi

Date: 27 December 2015 01:01

Xaçmazda yaradılan dovşançılıq təsərrüfatı bir neçə ildir fəaliyyət göstərir. ANS PRESS-in şimal bürosunun əməkdaşları təsərrüfatın başçısı ilə görüşüblər.


ANS-in çəkiliş qrupu təsarüffatda

Qaraqurtlu kənd sakini Ehtiram İsrafilovun həyətindı 100-lərlə dovşana rast gəlmək olur. Xüsusi çərçivələrdə saxlanan çöl və ev dovşanlari bir vaxtlar sadəcə maraqlı məşğuliyyət olsa da indi Ehtiramin İsrafilovun əsas gəlir mənbəyidir.

Xaçmaz sakini Ehtiram İsrafilov artıq 24 ildirki dovşan saxlamaqla məşğuldur. Böyük bir dovşançılıq təsərrufatı yaradıb. Onun dediyinə görə, təsərrüfatında 3 xarici olkədən gətirilmiş 10 nov təxminən 400 başdan çox dovşan var.

Ehtiram İsrafiliovun təsərrüfatında qəribə və orijinal görkəmli dovşanlara rast gəldik. Fermer deyir ki, dovşanları Almaniyadan, Yeni Zelandiya və Kaliforniyadan gətirib.


Xaricdən gətirilmiş dovşan sortu

"Dovşan təmizliyi xoşlayır, aqressivliyi var bir az. Bir az şoka düşmə var. Bunlar bir az çətinlik yaradır",- deyə Ehtiram İsrafilov bildirir.

Dovşanın ətini və dərisini satmaqla məşğul olan sahibkar gələcəkdə bu sahəni daha da geniş inkişaf etdirmək, dövlətdən güzəştli kredit almaq fikrindədir. O, əsasən buğda, arpa, qarğıdalı yemləri və yonca ilə qidalanan dovşanın ətinin pəhriz və şəkərli diabet xəstələri üçün müalicəvi əhəmiyyətinin olduğunu bildirdi.

Təsərrüfatdan görüntülər:






Tags:  Azərbaycanın zərif qazanc mənbəyi


RƏYLƏR


Top news