Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da təbii fəlakət qurbanlarının sayı 17 nəfərə çatıb

ABŞ-da təbii fəlakət qurbanlarının sayı 17 nəfərə çatıb

Date: 27 December 2015 01:08


Bakı, 27 dekabr, AZƏRTAC
ABŞ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında tufan və tornado nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Bu barədə ABC televiziyası məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Missisipi ştatının hakimiyyət orqanları itkin düşmüş daha iki nəfərin həlak olduğunu təsdiqləyib. Beləliklə, son məlumata görə, təkcə bu ştatda təbii fəlakət on nəfərin həyatına son qoyub.
Dekabrın 24-25-də bir sutka ərzində ştat ərazisində ümumilikdə 14 tornado qeydə alınıb.
Sinoptiklər onlarla ştatın sakinlərini gözlənilən tornadolar barədə xəbərdar edib. Bu ştatların bəzilərində daşqın təhlükəsi elan olunub.




Tags:  ABŞ-da təbii fəlakət qurbanlarının sayı 17 nəfərə çatıb


RƏYLƏR


Top news