Azərbaycan və İran yükdaşıyıcıları vergidən azad edildilər

Azərbaycan və İran yükdaşıyıcıları vergidən azad edildilər
02:06 27 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və İran yükdaşıyıcıları yol vergisindən azad edildilər.

Məlumta görə, bunu İranın yol və avtomobil nəqliyyatı təşkilatının tranzit və gömrük terminalları departamentinin direktoru Məhəmməd Cavad Atreçian bildirib.

Onun sözlərinə görə, bu barədə razılıq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası zamanı əldə olunub.

Atreçian bildirib ki, yükdaşıyıcıları dekabrın 22-dən 160 dollar həcmində olan yol vergisindən azad ediliblər.

Onun sözlərinə görə, tərəflər hər ay pulsuz keçid üçün 500 buraxılış verəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR