Əbu Bəkr əl Bağdadi İsrailə hədə-qorxu gəldi

Əbu Bəkr əl Bağdadi İsrailə hədə-qorxu gəldi
02:34 27 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

 İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl Bağdadi İsrailə hədə-qorxu gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əl Bağdadinin müvafiq bəyanatı internetdə yerləşdirilib.

 

Britaniyanın “Teleqraf” nəşri qeyd edir ki, bəyanatda Əbu Bəkr əl Bağdadi İsraili Fələstin ərazilərindən törədiləcək hücumlarla hədələyib.

 

Qeyd edək ki, bu ilin oktyabrında İraq Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində İŞİD liderinin yaralanması barədə məlumat yayılmışdı. Əbu Bəkr əl Bağdadinin ölməsi barədə məlumat sonradan təsdiqini tapmamışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR