Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü soydaşlarımızı Ankarada bir araya gətirib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü soydaşlarımızı Ankarada bir araya gətirib
02:38 27 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Ankara, 27 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Türkiyədəki Azərbaycan diasporunun fəalları, nüfuzlu ziyalılar, qardaş ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciətinin mətni oxunub.
Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov, diplomatik missiyanın təhsil üzrə müşaviri Nəcibə Nəsibova Həmrəylik Gününün tarixindən danışıblar. Çıxışlarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı arasında mənəvi birliyin yaranmasında mühüm rol oynadıqları vurğulanıb.
Tanınmış həkim, Ankaradakı Hacettepe Universitetinin professoru Yusuf Bayraktar azərbaycanlı tələbələri Türkiyədə təhsillərini uğurla başa vurduqdan sonra yüksək ixtisaslı kadrlar kimi Azərbaycanın inkişafına öz töhfələrini verməyə səsləyib.
Türkiyədə təhsil alan tələbələr Azərbaycan dövlətinin diqqət və qayğısını daim hiss etdiklərini minnətdarlıq hissi ilə dilə gətiriblər.
Daha sonra tədbir rəngarəng konsert proqramı və rəqslərlə davam edib.
Bu ərəfədə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr etdiyi məqaləsi Türkiyədə ingilis dilində çap olunan nüfuzlu “Daily Sabah” qəzetində dərc edilib. Məqalədə Həmrəylik Gününün Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolu diqqətə çatdırılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_soydaslarimizi_Ankarada_bir_araya_getirib-914754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR