Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ağsuda zəngin alban mədəni irsi - Nərgizava" kitabının təqdimatı olub

"Ağsuda zəngin alban mədəni irsi - Nərgizava" kitabının təqdimatı olub

Date: 27 December 2015 04:13


Ağsu, 27 dekabr, AZƏRTAC
Ağsu rayonunun Gəgəli kəndində arxeoloq, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Ağsuda zəngin alban mədəni irsi -Nərgizava" kitabının təqdimatı olub. Təqdimat mərasimində rayon rəhbərləri, ziyalılar, tarixçilər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, kitabda 1997-ci ildən başlayaraq arxeoloji tədqiqatların aparıldığı Nərgizava abidəsi haqqında geniş məlumat toplanıb.
Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndi Azərbaycanın tərəkəmə obalarından birinin – Axtaçı obasının məskunlaşdığı yerdir. Kəndin məhəllələri altında eramızdan əvvəl V əsrdən başlayaraq istifadə olunan Nərgizava antik dövr qəbiristanlığı yerləşir. Bu abidə məhz kitabın müəllifi tərəfindən aşkarlanıb.
AMEA Memarlıq və İncəsənət İnstitutu elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru professor Kübra Əliyeva, rəyçiləri professor Qafar Cəbiyev və professor Şikar Qasımovdur. Kitabda zəngin maddi-mədəniyyət nümunələrini əks etdirən foto və rəsmlərə də geniş yer ayrılıb.

Tags:  Ağsuda zəngin alban mədəni irsi Nərgizava kitabının təqdimatı olub


RƏYLƏR


Top news