Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna İsrail və Türkiyə ilə azad ticarət zonası yaradır

Ukrayna İsrail və Türkiyə ilə azad ticarət zonası yaradır

Date: 27 December 2015 04:19

Ukrayna İsrail və Türkiyə ilə azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparır. APA-nın  “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ticarət nümayəndəsi Natalya Mikolskaya bildirib.

 

“Ukrayna bir  neçə ölkə ilə azad ticarət zonasının yaradılmasına doğru irəliləməkdə davam edir. İkitərəfli görüşlərdə çox böyük iş aparılıb.  Biz İsrail və Türkiyə nümayəndə heyətləri ilə səmərəli ticarət münasibətlərinin yaradılmasına dair məsələləri müzakirə etdik”, deyə Mikolskaya bildirib.   

 

Onun sözlərinə görə, qeyd olunan bazarlar ukraynalı buğda və yağ məhsullarının ixracatçıları üçün çox böyük əhəmiyyət kəsb edir.   

 

Mikolskaya  qeyd edib ki, İsrail nümayəndələri ilə danışıqlar tərəflərin azad ticarət zonası  yaratmağa hazır olduğunu təsdiqləyib. Danışıqlar zamanı Rusiya mallarının Ukrayna malları ilə əvəzlənməsin mümkünlüyü müzakirə olunub.     

 

Qeyd edək ki, Rusiya Federasiya Şurası Ukrayna ilə azad ticarət zonası haqqında müqavilənin tətbiqinin 2016-cı ildən dayandırılmasına dair qanunu qəbul edib.  


Tags:  Ukrayna İsrail Türkiyə azad ticarət zonası yaradır

RƏYLƏR


Top news