Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tunisdə terror aktları planlaşdıran 3 şəxs tutuldu

Tunisdə terror aktları planlaşdıran 3 şəxs tutuldu

Londonda terror hazırlayanlar tutuldu (24 Mart 2017 04:24)
İstanbulda terror planlaşdıran iki İŞİD üzvü tutuldu (17 Mart 2017 09:27)
Türkiyədə hücumlar planlaşdıran iki İŞİD-çi tutuldu (17 Mart 2017 05:14)

Tarix: 27 Dekabr 2015 06:34

Tunis təhlükəsizlik qüvvələri  ölkənin Kasserin əyalətində terror aktları törətməyi planlaşdıran 3 nəfəri saxlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tunis DİN-i məlumat yayıb.

 

“Saxlanılan şəxslər dağlıq ərazilərdə fəaliyyət göstərən terror qruplaşmalarına yardım və dəstək göstəriblər”, deyə DİN-nin “feysbuk” səhifəsində bildirilir.

 

Məlumata görə, yaxın zamanda hücum törətməyi planlaşdıran saxlanılan şəxslər təhlükəsizlik qüvvələrinin Kasserin əyalətindəki obyektlərini izləyiblər.  

 

Yeni il ərəfəsində ölkəyə turist axınının artması səbəbindən Tunis təhlükəsizlik qüvvələri   təhlükəsizlik tədbirlərini gücləndiriblər.   

 

Qeyd edək ki, Tunis prezidenti Bəji Kaid əs Səbsi noyabrın 24-də törədilən terror aktından sonra elan edilən fövqəladə vəziyyəti  dekabrın 22-də daha 2 ay müddətinə uzadıb. 


Teqlər:  Tunisdə terror aktları planlaşdıran şəxs tutuldu



RƏYLƏR


Top xəbərlər