Xarici qoşunların Ukraynaya buraxılması planı təsdiqləndi

Xarici qoşunların Ukraynaya buraxılması planı təsdiqləndi
06:54 27 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə hərbi təlimlərin keçirilməsi üçün xarici qoşunların ölkə ərazisinə buraxılmasına dair planı təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd Ukrayna prezidentinin saytında dərc edilib.  

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-dekabr ayları dövründə ABŞ-dan və NATO-ya üzv olan digər ölkələrdən (həmçinin “Sülh naminə tərəfdaşlıq” proqramına üzv olan ölkələrdən – red.) Ukraynaya 5 misədək hərbçi gələ bilər. Bundan başqa, ölkə ərazisinə 12 təyyarə və helikopter daxil olmaqla silah və hərbi texnikanın gətirilməsi nəzərdə tutulub.     

 

Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı maliyyə xərcləri Ukrayna dövlət büdcəsi üzərinə düşəcək.

 

Bundan əvvəl Ali Rada xarici qoşunların Ukraynaya buraxılması haqqında qanunu dəstəkləyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR