Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sitrus ətirli kartof - FOTO

Sitrus ətirli kartof - FOTO

Date: 27 December 2015 07:05

Milli.Az portağal qlazuru ilə kartof qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi (2 pay):

3-4 orta ölçülü kartof
50-70 q kərə yağı
bitki yağı
portağal 
3 x.q. şəkər tozu
duz
paprika
istiot 
Provans otları 

Kartofu təmizləyin. Hər birini ortadan bölün. Bu yarım kartofları 0,4-0,5 sm qalınlıqda dilimlərə bölün, amma dibinə 0,5 sm qalmış kəsməyi dayandırın (qarmon dilimi kimi). 

Formanı bitki yağı ilə yağlayın. Kartofları düz hissələri altda olmaqla içinə düzün. 

Kərə yağını qızdırıb bol-bol kartofların üzərinə çəkin, 180 dərəcə qızdırılmış sobada bişirin. Yarım saat bişməlidir. Bu müddətdə formada yaranan qaynar yağı kartofun üzərinə müntəzəm olaraq tökmək lazımdır. 

Sobaya qoyduqdan 10 dəqiqə sonra kartofu duzlayın, Provans otları, istiot səpin, yenidən sobaya qoyun. 

Və dərhal qlazuru hazırlayın: bir portağalın şirəsini sıxın, sedrasını çıxarın (1 ç.q. gərəkdir). Sedra ilə şirəni qarışdırın, 3 x.q. şəkər tozu əlavə edin. Orta itilikli odda 5-7 dəqiqə, şərbət qatılaşınca bişirin. 

Kartofun üzərinə qlazuru çəkin, daha 10-15 dəqiqə bişirin (ümumi bişmə müddəti 30 dəqiqə olmalıdır). 

Hazır kartofun üzərinə paprika səpin. Süfrəyə verəndə üzərinə göyərti səpin. 

Nuş olsun! 

Milli.Az 











Tags:  Sitrus ətirli kartof FOTO

RƏYLƏR


Top news