Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Fətullahçıların arxasında Vatikan var”

“Fətullahçıların arxasında Vatikan var”

Date: 27 December 2015 07:41

Türkiyədə izmirli biznesmen Bilgin Özkaynak, Fətullah Gülən liderliyindəki “Paralel” təşkilatın arxasında Vatikanın olduğunu iddia edib. ANS PRESS-in məlumatına görə, təşkilatın nəzarətində olan hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən məxfi məlumat və sənmədləri yaymaqda ittiham olunan biznesmen paralelçilərin ondan külli miqdarda rüşvət istədiyini deyib.

“Paralel təşkilat mənim məxfi sənədləri İsrailə satmaqda ittiham edirdi. Fətullah Gülən məktəbləri ölkələrə xristianlığı yayacaq şagirdlər yetişdirir. Paralel təşkilatı məni, özümü və uşaqlarımı öldürəcəyi ilə hədələyərək məndən 70 trilyon lirə (37 trilyon 268 milyard azn) rüşvət istəyirdi. Bu böyük bir təşkilatdır, Fətullah Gülən sadəcə onların bir əməkdaşıdır.”

Bir müddət əvvəl Türkiyədə hazırlıq kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyətə yaxın mətbuorqanların yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb.

Bundan sonra Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayta “FETÖ” (Fetullahçı Terror Örgütü) və “PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi Fətullah Güləni də daxil etmişdi.

Ötən gün isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin ABŞ hökuməti tərəfindən ekstredisiya ediləcəyini demişdi.

Tags:  Fətullahçıların arxasında Vatikan var


RƏYLƏR


Top news